Asproparthenis Punctiventris - Wikipedia
Asproparthenis punctiventris (lat. Asproparthenis punctiventris) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin curculionidae fəsiləsinin asproparthenis cinsinə aid heyvan növü.
Asproparthenis punctiventris | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: Yarımdəstə: İnfradəstə: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Asproparthenis punctiventris |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xarici quruluşu
redaktəYetkin forması bozumtul-qonur olmaqla, bədəninin üzəri boz rəngli tükcüklərlə örtülmüşdür. Böcəyin xortumu kütdür, zirvəsi azacıq genişlənmiş və üzərində aydın görünən uzununa gedən şişkinlik vardır. Bığcıqları dirsəkvarıdır və özləri də başın əsasından irəliyə doğru yönəlmişdir. Döş qalxancığının səthi hamar olmayıb, qırışıqlıdır və üzərində nöqtələr yerləşir. Qanadların nəhayətləri halqavarıdır. Hər bir qanadüstlük üzərində nöqtələrdən ibarət 10 cərgə zolaq vardır. Qanadı üzərində çəpinə istiqamətdə qara rəngli qırıq xətlərədn təşkil edilmiş zolaq keçir. Hər bir qanadüstünün qurtaracağında iki ağ rəngli nöqtə vardır. Erkək fərdlər dişilərdən ön ayaqlarının quruluşuna görə seçilir. Böcəklərin uzunluğu 1,2-1,4 sm, eni 0,4-0,6 sm-dir. Yumurtası ovalvarı, sarımtıl ağ rəngdədir. Sürfəsi ağdır, ayaqsızdır və qövsvarı bükülmüşdür. Başı qonurdur. Baş qalxancığının hər iki tərəfindən kənarları iti olan qaşığa bənzər üst çənələr çıxır. Sürfələr bu çənələrlə çuğundurun kökünü gəmirib, onunla qidalanır. Yetkin sürfələrin uzunluğu 30 mm-ə çatır.
Həyat tərzi
redaktəBöcək fazasında torpağın üst qatında qışlayır. Yazda həmin qatda 10-12oC temperatur əmələ gələn zaman onlar qış yuxusundan oyanır, torpaq üzərinə qalxır, təpəçiçəklilər fəsiləsinə mənsub olan bitkilərlə qidalanır, sonra isə çuğundur cücərtilərinə keçir. Böcəklər çuğundur yarpaqlarının ayasını və saplaqlarını yeyir və beləliklə, cücərtilərin kütləvi məhv olmasına səbəb olur. Bu müddət ərzində böcəklər uçmur, daim torpaq üzərində hərəkət edir və onların cinsiyyət məhsulları yetişir. Hava şəraitindən asılı olaraq 15-30 gündən sonra onlar uçurlar. Bu zərərvericinin uçuşu üçün günəşli və isti havalar əlverişlidir. Uçuşdan sonar dişi böcəklər yumurta qoymağa başlayır. Yumurtalar cücərtilərin kökləri ətrafına torpağın üst səthində böcəyin xortumu ilə düzəldimiş çökəkciyə qoyulur. Hər bir cökəkciyə bir yumurta yerləşdirilir. Bir dişi böcək bütün həyatı boyu orta hesabla 200-ə qədər yumurta qoya bilir. Qoyulmuş yumurtalardan 7-10 gündən sonra sürfələr çıxmağa başlayır. Sürfələrin iki üç ay müddətində inkişaf edib 5 yaş keçirir. Bu müddətdə onlar çuğundur kökləri ilə qidalanır, orada çökəkciklər əmlə gətirir və nəticədə bitkilərin əksəriyyətinin quruyaraq tamamilə məhv olmasna səbəb olur. Qurumayan bitkilər isə zəifləyir, sısqalaşır və onların məhsulunda şəkərin faizi azalır. Sürfələrin inkişafı qurtardıqdan sonra torpaq yuvacıqları içərisində puplaşır. Təxminən iki həftədən sonra puplardan çıxan böcəklər torpaq üzərinə çıxmır və oradaca qışlayır. İl ərzində bir nəsil verir.
Yayılması
redaktəŞimali Qafqaz, Qərbi Sibir regionlarında, Azərbaycanda isə çuğundur əkilən bütün rayonlarda yayılıb.