Asphalt 9 Legends - Wikipedia
Asphalt 9: Legends — 2018-ci ilin ən reytinqli yarış oyunu. Hazırlayanlar Gameloft Barcelona və nəşr edənlər Gameloft şirkətidir. Oyun yarış janrında və Asphalt siyasındadır.
Asphalt 9: Legends | |
---|---|
Hazırlayan | Gameloft Barcelona |
Yayımlayan | Gameloft |
Seriya | Asphalt |
Buraxılış tarixi |
Yumşaq başlanğıc: 27 fevral 2018 Dünya toru: 25 iyul 2018 |
Janrlar | Yarışı |
Texniki məlumat | |
Platformalar |
iOS Android Windows 10 |
Mühərriklər | Jetengine |
Oyun rejimi | birnəfərli oyun, çoxnəfərli oyun, kooperativ oyun[d] |
İnterfeysin dili | ingilis dili[1], fransız dili[1], italyan dili[1], alman dili[1], ispan dili[1], yapon dili[1], koreya dili[1], braziliya portuqal dili[1], rus dili[1], sadələşdirilmiş Çin dili[d][1], Tay dili[1], ənənəvi Çin dili[d][1], türk dili[1], İndoneziya dili[1] |
Daşıyıcı | rəqəmsal yükləmə[d], rəqəmsal distribusiya |
İdarəetmə | sensor ekran, kompüter siçanı, kompüter klaviaturası |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyun
redaktəOyun daha çox Asphalt 8: Airborne-a bənzəyir. Oyun öncəki seriallarda olduqu kimi 5 sinifə bölünür: D, C, B, A və S. Toplaya biləcəyiniz 48 avtomobil vardır. Avtomobillərin kilidini açmaq və yüksəltmək üçün "Blueprint" lazımdır. Oyunun daha əyləncəli və maraqlı olması üçün avtomobil redaktoru vardır. Həmçinin oyuncu topluluğu yarada bilər və zəfərlər qazana biləcəyiniz klublarda vardır.
Oyuna Asphalt 6: Adrenaline və Asphalt 7: Heat-da olan effekt "Nitro Shockwave"-də əlavə olunmuşdur, amma bu effekt Asphalt 8: Airbone-də əlavə olunmamışdı. Oyunçu Nitro düyməsinə iki dəfə toxunduqda bənövşəyi bir alov görüləcək. Mobil telefonlarda Asphalt 9 üç idarəetmə forması vardır: yönləndirmək üçün əyin, yönləndirmək üçün toxunun və toxunma sürücüsü.
Oyunu "karyera" və "multiplayer" rejimlərində oynaya bilərsiniz.
- Karyera — 5 bölümdən ibarətdir. Hər bölümdə sizdən yarışmağınız istənilir və fərqli-fərqli fəsilləri vardır.
- Multiplayer — oyununa əyləncə qatan bir başqa funksiya Multiplayer rejmidir. Digər oyunçularla birlikdə yarışa biləcəyiniz məkandır. Multiplayer "Bürünc", "Gümüş", "Qızıl", "Platin" və "Əfsanə" daşıyan sıralama sistemi vardır.
Asphalt 9-da bir çox oyun modları vardır. Öncə oyunların "Klassik" modu geri qayıtdı. Bununla birlikdə "Zamana qarşı" modu və polis maşınlarına qarşı yarışan "Ovlanmış" adlı bir modda vardır.
Köhnə oyunlardan qayıdan parçalar "San-fransisko" və "Şanxay"-da əlavə olunmuşdur. Həmçinin "Roma", "Qahirə" və Himalay dağlarıda əlavə olunmuşdur.
Lisenziyalı film musiqiləri oyunda səsləndirilmişdir.
Hazırlanma
redaktəOyun ayrıca Gameloft-un Barcelona Studiyası tərəfində hazırlandı. Həmçinin Asphalt 6: Adrenaline, Asphalt 8: Airbone və Gameloft Madrid ilə hazırlanan Asphalt Xtreme. Oyunda Bullet fizika mühərriki və Jetengine oyun mühərriki istifadə edilmişdir.
Tarixçə
redaktəAsphalt 9 haqqında ilk məlumatlar Gameloft-un Twitter-də şəkil paylaşması ilə 2016-cı ildə başlatıldı və Gameloft Barcelona-nın Asphalt 8-də qormadığı bir xəritədən bəhs olunurdu: Airbone oyunu Gameloft-un açıqlamasında 2017-ci ilin yazında satışa çıxarılması planlaşdırılmışdı və oyunun adı Asphalt 9: Shockwave olacaqdı. 2018-ci ilin martında Gameloft London qruplaşma rəhbərlərindən biri ilə sual-cavab alındı. Burada Asphalt 9 ilə bağlı suallar cavablandırdı və Asphalt seriyasının gələcəyi hakkında məlumat verməyə icazəsinin olmadığını söylədi.
Oyun ilk dəfə 26 fevral 2018-ci ildə Flippində sonra isə 22 mart 2018-ci ildə Taylandda "Yumşaq Başlanğıc" satışa çıxarılmışdır. Daha sonra 17 may 2018-ci ildə isə Filippində Android üçün satışa çıxarılmışdır.
Asphalt 9 üçün Traylerlər 29 iyun 2018-ci ildə yayınlanmaya başlatıldı. Həmçinin oyunu Google Play Store-a əvvəlcədən yükləyə bildilər.
24 iyun 2018-ci ildə Asphalt oyunun 26 iyun 2018-ci il tarixli çıxışında Facebook və YouTube canlı yayınında bəyan etdi. Ancaq oyun planlanan tarixdən bir gün əvvəl çıxdı.
25 iyun 2018-ci ildə oyun bütün dünyada satışa çıxarıldı. Oyun bir həftədən qısa bir zamanda bütün platformalardan 4 milyon yükləməyə qalxdı.
Videooyun haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |