Asparagus Asparagoides - Wikipedia
Qulançarşəkilli qulançar (lat. Asparagus asparagoides) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Qulançarşəkilli qulançar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qulançarşəkilli qulançar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yayılması
redaktəYabanı halda Cənubi Afrika nın dağ meşələrindən və sahilyanı qumlarında bitir.
Botaniki təsviri
redaktəHündürlüyü 1,7 m-dək böyüyən, sürənən və sarmaşan zoğları olan bitkidir. İynəli gövdələrinin uzunluğu 100 sm-ə çatır, çılpaq, açıq- yaşıl, nazik zoğludur. Fillokladiləri (dəyişmiş gövdələri) yarpaqşəkilli, yumurtavari, parlaq yaşıldır. Yarpaqları hamar, parlaq olub, uzunluğu 4 sm-ə çatır. Ürəkşəkilli kladodiləri vardır. Çiçəkləri xırda, ağdır. Meyvələri narıncı-qırmızı giləmeyvələrdir.
Ekologiyası
redaktəMeşələrdə çürüntülü, xam torpaqlarda, kölgəli ərazilərdə yaxşı bitir.
Azərbaycanda yayılması
redaktəMərdəkan dendrarisində introduksiya olunmuşdur. Yaşıllaşdırmada çox az rast gəlinir.
İstifadəsi
redaktəBu növün kəsilmiş zoğları uzun müddət öz təravətini saxlayır, ona görə dəstələr və çiçək kompozisyaları düzəltdikdə onları tamamlayır. Meyvələri portağal qoxuludur. Bu növdən dirəkdə və ampel bitkisi kimi də istifadə olunur.