Askaridoz - Wikipedia
Askaridoz — askarid adlı iri helmintlər tərəfindən törədilən qurd xəstəliyidir
Askarid
redaktəTörədici yumru qurdlara (Nematodoses) aiddir və ayrı cinslidir. Dişi askarida 20-40 sm, erkək askarida 15-25 sm-dir. Askaridoz geohelmintoz olub antroponoz hesab olunur. Son sahib və yeganə invaziya ocağı insandır.
Yoluxma
redaktəYoluxma qurdun yumurtaları ilə baş verir. Askarid yumurtaları torpaqda uzun illər qala bilir, buna görə də torpaqla çirklənmiş əllər və ya oyuncaqlar birbaşa infeksiya mənbəyi sayılır. Unutmaq olmaz ki, torpaq hissəcikləri evə ayaqqabıların və ev heyvanlarının tükləri üzərində də gələ bilər. Askarid yumurtaları mikroskopla görüləcək dərəcədə kiçik ölçüdə olduğundan, çirkli meyvə əllərdən asanlıqla ağıza düşür və udulur. Yumurtalar həmçinin yuyulmamış göyərtidə, meyvə və tərəvəzlərdə də olur. İnsan törədiciyə qida və su vasitəsilə yoluxur. Yoluxma yumurta mərhələsində baş verdiyindən bağırsağa düşmüş yumurtadan sürfələr çıxır. Sürfələr bağırsaq divarından vena damarlarına və Portae vasitəsilə qaraciyərə daxil olurlar. Qaraciyərdə sürfələr qişadan çıxaraq kiçik qan dövranına qoşulurlar. Müəyyən müddətdən sonra ağciyər alveollarına və bronxiollara keçir və ikinci dəfə qişadan çıxırlar. Bu proses yoluxmanın 8-10 cu gününə təsadüf edir. Daha sonra onlar ağız udlaq boşluğuna qalxır, udularaq mədəyə və nəhayət yenidən bağırsağa düşürlər. Son kapsuldan çıxma bağırsaqda baş verir. Helmintin tam miqrasion dövrü beləliklə 14-15 gün davam edir.
Əlamətlər
redaktəYoluxmadan 2-3 ay sonra askaridozun əlamətləri meydana çıxmağa başlayır:
- Uşaq tez-tez, xüsusən də gecələr qarında sancılardan şikayətlənir. Ağrılar birdən-birə başladığı kimi, birdən-birə də keçir
- Dərinin rəngi solğunlaşır, bəzən zəif sarılıq əmələ gəlir.
- Uşağın çəkisi yaş normalarından geri qalır
- İştaha pozulur, bəzən hətta qidaya qarşı ikrah hissi yaranır
- Ürəkbulanma, qusma, ağız suyunun axması kimi əlamətlər yaranır
- Bağırsaq pozuntusu özünü ishal və ya qəbizliklə göstərir
- Bəzən nəcisdə qurdlar və ya onların hissəcikləri görünür
- Tez-tez soyuqdəymə, tənəffüs və bağırsaq infeksiyaları baş verir
- Uşağın yuxusu pozulur, gecə dişlərini qıcıyır.
Diaqnoz
redaktəAskaridoza diaqnoz qoymağın yeganə yolu nəcisin qurd yumurtalarına müayinəsidir. Nəcis müayinəyə qədər maksimum 12-18 saat saxlanıla bilər.
Müalicə
redaktəMüalicə başlayandan 2-7 günərzində yetkin qurdlar bağırsaqlardan tökülməyə başlayır. Müalicə müddəti tamamilə bitdikdən sonra nəcis profilaktika məqsədilə yenidən müayinə olunmalıdır.
İstinadlar
redaktə- http://saglamaile.az/az/askaridoz Arxivləşdirilib 2014-02-16 at the Wayback Machine
- http://herba-flora.com/index.php/meqaleler/265-askaridoz.html Arxivləşdirilib 2013-01-28 at the Wayback Machine