Asiya Ve Orta Serq Arasdirmalari Fakultesi - Wikipedia
Asiya və Orta Şərq Araşdırmaları Fakültəsi—Asiya və Orta Şərq Araşdırmaları Fakültəsi (keçmiş Şərqşünaslıq Fakültəsi)[1] Oksford Universitetinin alt bölməsidir.
Fəaliyyət sahəsi
redaktəFakültə siyasət, dil və mədəniyyətə diqqət yetirərək müasir və tarixi Asiya və Yaxın Şərq tədqiqatları üzrə geniş spektrli tədqiqat və tədrislə məşğul olur. Fakültənin əsas binası Eşmol Muzeyi və Sakler Kitabxanasının yaxınlığında, Pyuzi küçəsində (Pusey lane) yerləşir, fakültənin bəzi tədqiqat mərkəzlərinin Oksfordun başqa yerlərində öz binaları var (Oksfordda, Müqəddəs Antoni Kollecində, yerləşən Yaxın Şərq Mərkəzi kimi). Fakültə Oksford Universitetinin Humanitar Elmlər Bölməsinin bir hissəsidir. Fakültənin tələbələr və professorlar üçün öz kitabxanası fəaliyyət göstərir ki, bura həm müvəqqəti materialları götürməyə icazə verən kitabxana, həm də Bodlian Kitabxanasının oxu zalıdır. Fakültə 1 avqust 2022-ci ilə qədər Şərqşünaslıq fakültəsi kimi tanınırdı, müstəmləkəçilik çağırışdıran ifadə hesab edildiyi üçün Şərqşünaslıq fakültəsi adı 2022-ci 1 avqust tarixdə Asiya və Orta Şərq Araşdırmaları Fakültəsi adı ilə əvəz olunmuşdur.
Alt bölmələr
redaktəFakültə tədqiqat sahəsinə görə üç alt fakültəyə ayrılır:
Orta Şərq Araşdırmaları Alt Fakültəsi. Ehtiva edir:
redaktə- İslam dünyası şöbəsi
- Müasir Yaxın Şərq Tədqiqatları şöbəsi
- İbrani və Yəhudi Tədqiqatları Şöbəsi (Oksford İbrani və Yəhudi Araşdırmaları Mərkəzində qərarlaşır)
- Misirşünaslıq və Qədim Yaxın Şərq Tədqiqatları Şöbəsi (Griffith İnstitutunda qərarlaşır)
Cənubi və Mərkəzi Asiya Araşdırmaları bölməsi. Ehtiva edir:
redaktə- Hind və Urdu siyasəti, dili və mədəniyyəti
- Sanskrit (klassik və Vedik)
- Tibet və Himalay Kulturoloji Araşdırmaları
Şərqi Asiya Tədqiqatları Alt Fakültəsi (Eşmelo Muzeyinin Şərq İncəsənət Departamentində yerləşir).
redaktə- Çin dili (Oxford Universitetinin Çin Mərkəzində yerləşir)
- Yapon dili ( Nissan Yapon Araşdırmaları İnstitutunda yerləşir)
- Koreya, siyasət və mədəniyyət