Arzularin Ardinca Film 2015 - Wikipedia
Arzuların ardınca... — tammetrajlı bədii filmi rejissor Ramil Ağasıyev tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir. Film rejissorun ilk böyük işidir. Əsas rolları Ziya Ağa və Zarina Qurbanova ifa edirlər.
Arzuların ardınca... | |
---|---|
Arzuların ardınca... | |
Janr |
dram məhəbbət |
Rejissor | Ramil Ağasıyev |
Prodüserlər |
Rauf Ağasıyev Asif Rəhimov |
Ssenari müəllifi | Mehman Rəsulov |
Baş rollarda |
Ziya Ağa Zarina Qurbanova (aktrisa) |
Operator | Şahmar Səfəroğlu |
Bəstəkar | Emil Murad |
Rəssam | Elgün Vəliyev |
İlk baxış tarixi | 13 may 2015, Nizami Kino Mərkəzi[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 82 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2015 |
Rəng | rəngli |
Məzmun
redaktəMelodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir.[2][3] Hələ uşaq ikən atası tərəfindən atılmış Kamil (Ziya Ağa) tənha yaşayır.[4] Bütün həyatını tənhalıqda keçirən və sevginin nə olduğunu bilməyən Kamil mövcudluğunun mənasını yalnız işləməkdə görür.[2] Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir. Bu vəziyyətdə sevgilisi onu atıb gedir.[4] Ölümcül diaqnoz onun bütün taleyi üzərindən xətt çəkir, lakin Kamilin heç ağlına belə gəlməzdi ki, son bir neçə ay onun üçün indiyədək yaşadığı 30 illik ömürdən daha əziz olacaq.[2] Xərçəng xəstəliyinə tutulduğunu öyrənən Kamilin xəstəxanada Arzu (Zarina Qurbanova) ilə görüşü yeni həyatın başlanğıcı olur.[4] Kamil indiyədək məhəbbət kimi qəbul etdiyi hisslərin hamısının yalan olduğunu anlayır.[2] Evli olan Arzu da Kamil kimi ölümcül xəstəliyin caynağında çarpışır. Xəstəxanada Kamillə toqquşan Arzu səhvən Kamilin analizlərini götürüb evinə qayıdır. Xəyalları alt-üst olan Arzu xəstəliyini ərindən gizlətmək qərarına gəlir. İlk görüşdə bir-birini, düşdükləri vəziyyəti anlamağa çalışan gəncləri daha bir xüsusiyyət birləşdirir. Onların həyata keçirmək istədikləri sonsuz arzuları var. Arzu ailəli olduğu üçün görüşdən yayınmaq istəsə də, daxilən arzularını həyata keçirmək istəyir.[4] Kamil Arzunu özünün ömür ağacının sonuncu yarpağı kimi görür. Lakin onları birləşdirən yalnız bir-birlərinə qarşı olan hissləri deyil. Həm Kamilin, həm də Arzunun böyük yaşamaq həvəsi var. Onlar xəstəliklərini unudub xoşbəxt olmağa çalışırlar. Onların ölümcül xəstəlikdən daha güclü ümumi marağı var.[2] Kamil və Arzu ölmədən öncə bir-birinin istəkləri üçün yaşamağa qərar verirlər.[4]
Film haqqında
redaktəFilm rejissorun ilk böyük işidir.[4]
Filmin üzərində işləyənlər
redaktəSsenari müəllifi: Mehman Rəsulov
Rejissor: Ramil Ağasıyev
Operator: Şahmar Səfəroğlu
Prodüser: Rauf Ağasıyev, Asif Rəhimov
Rəssam: Elgün Vəliyev
Bəstəkar: Emil Murad
Rollarda
redaktəZiya Ağa — Kamil
Zarina Qurbanova (aktrisa) — Arzu
Vaqif Əsədov
Asif Rəhimov
Aynur Hüseynova
Rasim Cəfər
İstinadlar
redaktə- ↑ ""Nizami"də 16+ Azərbaycan filmi" (az.). BayMedia. 14 may 2015. İstifadə tarixi: 2018-01-07.[ölü keçid]
- ↑ 1 2 3 4 5 ""Arzuların ardınca" melodramının prezentasiyası keçirildi" (az.). Kinoafişa.az. 2015-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-07.
- ↑ "Arzuların ardınca" (az.). Milli.az. 28 aprel 2015. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-07.
- ↑ 1 2 3 4 5 6 Cəvahir. ""Arzuların ardınca" filminin qala gecəsi oldu" (az.). Publika.az. 14 may 2015. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-07.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
2015-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
redaktə- Filmi izlə
- Arzuların ardınca... kanalı — YouTube platformasında
- “Arzuların ardınca”-xərçəng xəstələrinin basmaqəlib sevgisi[ölü keçid]