Arxac Dagi - Wikipedia
Arxac_dağı - Haqqında Məlumat
Arxac dağı – Babək rayonu ərazisində dağ (hünd. 1094,4 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənar hissəsində, Nehrəm kəndindən 4,3 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinin alt hissəsinə aid Alt Dərəlik yarımlay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş, sıldırımlı cənub-qərb yamaclarında Üst Tabaşirin Turon mərtəbəsinin alt hissəsinə aid eyniadlı lay dəstəsinin vulkanogen törəmələri açılan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.[1]
Arxac dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1094,4 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.