Artsax Carligi - Wikipedia
Bu məqalə Xaçın knyazlığı ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Artsax çarlığı (erm. Արցախի թագավորություն) — erməni mənbələrinə əsasən orta əsrlərdə Sünik və Arsak quberniyalarının, Utik quberniyasının Girdman kantonu, eləcə də Ayrarat quberniyasının Məzaz və Varajnunik kantonu ərazisində mövcud olmuş qeyri-müstəqil erməni çarlığı.[1]
Tarixi dövlət | |||
Artsax çarlığı | |||
---|---|---|---|
|
|||
|
|||
Dilləri | erməni dili | ||
Dövlət dini | Erməni Həvari kilsəsi | ||
İdarəetmə forması | mütləq monarxiya |
Müasir erməni mənbələrində bura Xaçın adlandırılır. Bununla belə, albanəsilli şahzadə, sonuncu Xaçın knyazı Həsən Cəlalın dövründə Xaçının ərazisi sonralar mövcud olmuş Dağlıq Qarabağın bütün ərazisini, eləcə də onun qərbində, cənubunda və şimalındakı bir çox bitişik torpaqları əhatə etdiyinə görə bu knyazlıq Qondarma Dağlıq Qarabağ Respublikasının separatçı rejiminin adına uyğunlaşdırılaraq Artsax çarlığı kimi tanıdılmışdır.[2]
Erməniəsilli Amerika tarixçisi Robert Hyusenin iddialarına əsasən Artsax çarlığı 13-cü əsrin əvvəllərində gürcü, sonra isə monqol hökmranlığını qəbul etsə də, öz suverenliyini qoruyub saxlamışdır.[3] Onun iddiasına əsasən buranın hökmdarları Elxani hökmdarı Arqun xan tərəfindən Həsən-Cəlalın (1214–1261) öldürülməsindən sonra çar titullarını itirsə də, XVI əsrdən etibarən Xəmsə məliklikləri və Sünik Kaşatağ məlikliyindən ibarət olmuş Süniki 19-cu əsrin əvvəllərinə qədər idarə etmişlər.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Hewsen, Robert H. Armenia: a historical atlas. Chicago: University of Chicago Press. 2001. ISBN 978-0-226-33228-4.
- ↑ Hewsen, Robert H. “The Kingdom of Artsakh,” in T. Samuelian & M. Stone, eds. Medieval Armenian Culture. Chico, CA, 1983
- ↑ Hewsen, Robert H. "The Meliks of Eastern Armenia: A Preliminary Study." Revue des Études Arméniennes. NS: IX, 1972, pp. 255-329.
Ədəbiyyat
redaktə- Robert H. Hewsen . Orta əsr erməni mədəniyyətində "Arc'ax çarlığı" (Pensilvaniya Erməni Mətnləri və Tədqiqatları Universiteti) . Thomas J. Samuelian və Michael E. Stone (red. ) Çiko, Kaliforniya: Scholars Press, 1984.ISBN 0-89130-642-0ISBN 0-89130-642-0 .