Arslan Yabqu - Wikipedia
Arslan_Yabqu - Haqqında Məlumat
Arslan Yabqu — Səlcuq bəyin oğlu, Oğuz bəyi, sərkərdə.
Arslan Yabqu | |
---|---|
Doğum tarixi | X əsr |
Vəfat tarixi | 1032 |
Vəfat yeri | |
Uşağı | |
Atası | Səlcuq bəy |
1025-ci ildə Qaraxanlı Qədir xan və Sultan Mahmud bir araya gələrək, oğuzların Mavarünnəhrdən qovulması barədə razılığa gəldilər. Onların planı əsasında oğuzların rəhbəri Arslan Yabqu danışıqlar adı altında Səmərqəndə dəvət edildi. O, Səmərqəndə gələn kimi həbs edildi. Sonra Arslan Yabqunu Hindistana sürgün elədilər. O, bir qalada 7 il həbsdə qaldı və 1032-ci ildə orada vəfat etdi. Bundan sonra başsız qalan oğuzlar (türkmənlər) çöllərə dağıldılar. Ancaq Toğrul bəy və Çağrı bəy çətinliklə onları bir yerə yığa bildilər. Bu arada 4 min oğuz ailəsi qəznəlilərdən icazə alaraq Xorasana getdi. Buradan da onların bir hissəsi İraqa köç edərək orada məskən saldılar.
Mənbə
redaktə- Ṣadr-al-Din Ḥosayni, Aḵbār al-dawlat al-saljuqiya, Türkçe çeviri. Necati Lügal, Ahbâr üd-devlet is-selçukiyye, Ankara, 1943.
- Moḥammad b. ʿAli Rāvandi, Rāḥat al-ṣodur wa āyat al-sorur dar tāriḵ-e Āl-e Saljuq, ed. Moḥammad Eqbāl, rev. ed., Mojtabā Minovi, Tehran, 1985.
- Tāriḵ-e Sistān, ed. Malek-al-Šoʿarāʾ Bahār, Tehran, 1987.
Həmçinin bax
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə- [1]
- Abdülkerim Özaydın. Arslan bin Selçuk. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi