Arpacay Serur - Wikipedia
Arpaçay (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Sovetabad kəndi Arpaçay kəndi adlandırılmışdır.[2]
Arpaçay | |
---|---|
39°31′ şm. e. 44°59′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimiası və tarixi
redaktəArpaçayının sahilində şərur düzündədir. Əvvəlki adı Sovetabad olmuşdur. Oykonim sovet hakimiyyəti illərində "sovet kəndi" mənasinda yaranmışdır. Kəndin adı eyniadlı çayın adı ilə bağlıdır.[3] SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir[4].
İnfrastruktur
redaktə1982-ci ildə kəndə qaz və su kəməri çəkilib[5].
2017-ci il fevralın 1-də Arpaçay Kənd Mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub. Binada rabitə evi, polis sahə, feldşer-mama və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kitabxana və iclas zalı vardır.
Baytarlıq məntəqəsi xidmətin təşkili üçün lazımi şəraitlə təmin olunub. Rabitə evində 384 yerlik ATS qurulub, poçt bölməsi yaradılıb, 2100 metr fiber-optik xətt çəkilərək kənddə sürətli internetə çıxış imkanı yaradılıb. Kitabxanada isə 4595 ədəbiyyat oxucuların istifadəsinə verilib. Feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb və müasir tibbi avadanlıqlar qoyulub.
Əhalisi
redaktəƏhalisi 576 nəfərdir.[6]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- ↑ Arpaçay (Şərur) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 114. ISBN 978-9952-34-155-3.
- ↑ Məmməd Oruc. Araz sahilində keçən gün... Yurdun ulu daşları. Bakı: Gənclik, 1988, səh.72. (az.)
- ↑ Məmməd Oruc. "Araz sahilində keçən gün..." "Yurdun ulu daşları" kitabı, Bakı, "Gənclik", 1988, səh. 82. (az.)
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax
redaktə Şərur rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |