Arif Mirzequliyev - Wikipedia
Arif Teyyub oğlu Mirzəquliyev (1 yanvar 1934, Bakı – 31 dekabr 1990, Bakı) — ləzgi əsilli[1] Azərbaycan aktyoru və həkimi.
Arif Mirzəquliyev | |
---|---|
Doğum tarixi | 1 yanvar 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 31 dekabr 1990 (56 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktyor |
IMDb | ID3742358 |
Həyatı
redaktəArif Teyyub oğlu Mirzəquliyev ixtisasca həkim olub.İlk əvvəl o,Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutunda təhsil almışdır.Amma ailəsində hamı həkim olduğundan və atasının xahişindən sonra Azərbaycan Dövlət Tibb İnstutuna daxil olur və nevropatoloq ixtisasına yiyələnir. Bir neçə kinoya çəkiləndən sonra sənətindən uzaqlaşır və ömrünün sonuna kimi həkim vəzifəsində çalışır.Buna baxmayaraq o,istedadlı aktyor kimi özünü sübut etməyi bacarır. Onun "Görüş" filmində yaratdığı Kamil və "O olmasın,bu olsun" filmində canlandırdığı Sərvər obrazı tamaşaçıların yaddaşına əbədi həkk olmuşdur. İki övladı olan Arif Mirzəquliyev 1990-cı ildə vəfat edib.[2]
Filmoqrafiya
redaktə- Görüş (film, 1955)
- O olmasın, bu olsun (film, 1956)
- Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
- Üzeyir ömrü (film, 1981)
İstinadlar
redaktə- ↑ . (#archive_missing_date) tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
- ↑ Yaddan çıxmış sənətkarlar....
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |