Arife Kadriye Sultan - Wikipedia
Arifə Kadriyə Sultan (24 mart 1895, İstanbul – 5 aprel 1933) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Arifə Kadriyə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yıldız sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Nitsa, Fransa |
Atası | İbrahim Tofiq Əfəndi |
Anası | Fövziyə xanım |
Həyat yoldaşı | Fənarizadə Mehmed Rəşid bəy |
Uşaqları |
Məleykə xanım Sultan Əmirə xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktəKadriyə Sultan 24 mart 1895-ci ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun abxaz əsilli ilk xanımı Fövziyə xanımdır. Babası Burhanəddin Əfəndinin gənc yaşda vəfatı səbəbilə atası, Sultan Əbdülhəmidin himayəsində böyümüş, onun digər oğullarıyla birlikdə Yıldız sarayında yaşamışdır. Bu səbəblə Yıldız sarayında dünyaya gələn Kadriyə Sultan da burada mükəmməl şəkildə təlim-tərbiyə edilmişdir. 3 yaşında anasının vəfat etməsinin ardından, atasının ikinci xanımı Təsrid xanımın himayəsinə verilən Kadriyə Sultan, Sultan Əbdülhəmidin taxtdan endirilməsinin ardından digər ailə üzvləriylə birlikdə Nişantaşı köşkünə köçürüldü. 13 dekabr 1914-cü ildə Fənarizadə Mehmed Rəşid bəylə də məhz burada evləndi və bu nigahdan 2 qızı dünyaya gəldi.
3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Kadriyə Sultan da ailəsiylə birlikdə sürgün edildi. Ancaq qərar çıxarılan əsnada ağır xəstə idi və bu səbəblə, bir müddət səhhətinin düzəlməsi üçün o və ailəsinin paytaxtda qalmasına icazə verildi. Ancaq aprel ayının əvvəlində ailə ölkəni tərk etməyə məcbur oldu. İlk öncə Avstriyaya gedən ailə daha sonra Nitsaya köçdü. Burada piano müəlliməsi olaraq çalışan Kadriyə Sultanın əri Mehmed Rəşid bəy isə küçədə kibrit sataraq pul qazandı. Burada ikinci övladını dünyaya gətirdi. O illərdə tanış olduğu isveç əsilli Roza Keller ilə yaxın münasibət saxladı. Hətta vəsiyyətində vəfatından sonra Roza Kellerin əriylə evlənməsini və qızlarına analıq etməsini istəmişdir.
Tutulduğu vərəm xəstəliyi səbəbilə Kadriyə Sultan gənc yaşda 5 aprel 1933-cü ildə Nitsada vəfat etdi və cənazəsi burada dəfn olundu. Ölümündən sonra vəsiyyətinə uyğun olaraq, Roza Kellerlə evlənən əri Mehmed Rəşid bəy qızlarıyla birlikdə İsveçrəyə köçdü.
Övladları
redaktə- Məleykə xanım Sultan (d. 6 fevral 1923 - ö. 2007) — Alfred Giraudy (d. 1914, Nitsa - ö. 1998) ilə evləndi və 1 övladı oldu.
- Əmirə xanım Sultan (d. 7 dekabr 1927, Nitsa - ö. 23 may 2004, Nitsa) — 17 dekabr 1957-ci ildə Jozef-Rene Chauvel (d. 1935) ilə evləndi və 3 övladı oldu.
Mənbə
redaktə- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Bardakçı, Murat (2017). Neslishah: The Last Ottoman Princess. Oxford University Press. ISBN 978-9-774-16837-6
- Kırpık, Cevdet (2011). "Şehzade Evliliklerinde Değişim". OTAM (in Turkish)