Arhavi - Wikipedia
Arhavi - Haqqında Məlumat
Arhavi (türk. Arhavi; gürc. არქაბი/Arkabi) —Türkiyənin Qara dəniz regionuna daxil olan Artvin ilinin rayonlarından biri və həmin rayonun inzibati mərkəzi. 2021-ci ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən distriktdə 21.661 nəfər yaşayır. Arhavi Artvin ilinin dördüncü ən böyük rayondur. Şəhər əhalisinin sayına görə Artvin ilində Artvin və Hopadan sonra ən böyük üçüncü şəhər sayılır. Arhavi əhalisinin mütləq əksəriyyətini lazlar və etnik gürcülər təşkil etməkdədir.
Arhavi | |
---|---|
41°21′11″ şm. e. 41°18′36″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | mer[d] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 19 ± 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 466 |
Poçt indeksi | 08200 |
Digər | |
arhavi.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Relyefi dərə və dağlıqdır. Rayon mərkəzinin sahəsi təqribən 6 km², ümumi rayon sahəsi isə 314 km²-dir. Sahil xəttinin uzunluğu 9,69 km-dir.