Argentina Azerbaycan Munasibetleri - Wikipedia
Argentina–Azərbaycan münasibətləri — Azərbaycan Respublikası ilə Argentina Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Argentina-Azərbaycan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Azərbaycandaki Argentinanin səfirliyi | |||||
Səfir | Sergio Osvaldo Pérez Gunella | ||||
Ünvan | Bakı, Bülbül prospekti, 15 - 6° piso, Sahil biznes mərkəzi | ||||
Argentinadaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Rəmzi Teymurov[1] | ||||
Ünvan | Buenos-Ayres, Maure 2151, (C1426CTN) | ||||
Digər | |||||
Quruluş tarixi | 8 noyabr 1993 | ||||
Dövriyyə | 0,050 mlrd doll. (2021) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİki ölkənin xalqları arasındakı münasibətlər hələ SSRİ dönəmində də mövcud olmuşdur.
Argentina 9 mart 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Elə həmin vaxtdan etibarən iki ölkə arasında dostluq əlaqələrinin və əməkdaşlığın əsası qoyulmuşdur.
Diplomatik əlaqələr
redaktəİki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin noyabrın 8-də qurulmuşdur.[3]
Səfirliklər
redaktə25 may 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Argentinanın paytaxtı Buenos Ayres şəhərində Azərbaycan səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının Argentinadakı səfirliyi 2010-cu ildə açılmışdır.[4]
28 fevral 2012-ci ildə Argentina prezidenti Kristina Fernandes de Kirşner ölkəsinin Azərbaycanda səfirliyinin təsis edilməsinə dair fərman imzalamışdır. 2012-ci ilin mart ayında isə Argentina Milli Konqresinin yuxarı palatası olan Senat "Qardaş ölkə olan Azərbaycan Respublikasında Argentina Səfirliyinin təsis edilməsinə məmnunluğun ifadə edilməsinə dair bəyanat" adlı sənəd qəbul etmişdir. 2013-cü ildə isə Argentinanın Bakıda səfirliyi açılmışdır.
Parlamentlərarası əlaqələr
redaktəAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[5]. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Rüstəm Xəlilov olmuşdur[6]. 4 mart 2016-cı il tarixindən də Rüstəm Xəlilov işçi qrupunun rəhbəridir[5].
23 avqust 2011-ci il tarixində Argentina Senatında Azərbaycanla dostluq qrupu yaradılmışdır.
23 avqust 2011-ci ildə Argentina Milli Konqresinin Senatında və 5 iyul 2011-ci ildə Deputatlar Palatasında Azərbaycanla Dostluq qrupları təsis edilmişdir. Dostluq qrupunun sədri Deputatlar palatasının üzvü Roberto Moullierondur. 2012-ci ilin 4-5 oktyabr tarixində Argentina Milli Konqresində Azərbaycanla Dostluq Qrupunun üzvləri Roberto Mouilleron, Omar Bruna de Marchi, Cristina Regazzoli, Alicia Marcela Comelli, Olga Elizabeth Guzman, Pedro Omar Molas, Agustin Alberto Portela, Maria Higonet ölkəmizə səfər etmişdir.
Müqavilə-hüquq bazası
redaktəİki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. Ümumilikdə Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında 18 sənəd imzalanmışdır.
İqtisadi əlaqələr
redaktəƏmtəə dövriyyəsi (min doll.)
redaktəİl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[7] | 5 508,52 | 20 570,57 | 26 079,09 |
2021[8] | 11,80 | 49 643,84 | 49 655,64 |
Mədəni əlaqələr
redaktəSSRİ-nin xalq artisti olmuş Rəşid Behbudov xarici ölkə qastrolları zamanı Buenos-Ayres şəhərində konsert proqramı ilə çıxış etmişdir.
Diaspora
redaktəArgentina azərbaycanlıları
redaktəİdman sahəsində əməkdaşlıq
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "R.K.Teymurovun Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-20.
- ↑ La Presidenta recibió al canciller de Azerbaiyan Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine. casarosada.gob.ar
- ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- ↑ Azərbaycan Respublikası - Argentina Respublikası münasibətləri[ölü keçid]. mfa.gov.az, 28.01.2015 (az.)
- ↑ 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-20.
- ↑ "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-20.
- ↑ 15 Oktyabr, 1997. Dünya Futbol Çempionatı "Fransa -98". Arxivləşdirilib 2019-03-24 at the Wayback Machine azermarka.az, 15.10.1997 (az.)
Xarici keçidlər
redaktə- Azərbaycandaki Argentinanin səfirliyi Rəsmi saytı
- Argentinadaki Azərbaycanin səfirliyi Rəsmi saytı
- İkitərəfli münasibətlər
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |