Araqonlu Izabella Fransa Kralicasi - Wikipedia
Araqonlu İzabella (fr. Isabelle d'Aragon; 1247 – 28 yanvar 1271, Kosensa, Araqon taxt-tacı) — Fransa kralı III Filippin ilk xanımı, Fransa kraliçası.[1]
Araqonlu İzabella | |
---|---|
kat. Elisabet d'Aragó | |
25 avqust 1270 – 28 yanvar 1271 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1247 |
Vəfat tarixi | 28 yanvar 1271 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | III Filipp |
Uşaqları |
IV Filipp Valualı Çarlz |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİzabella, Araqon kralı I Ceymslə onun ikinci xanımı Yolandanın səkkinci övladı və ən kiçik qızı idi. Doğum tarixi məlum deyil. Atasıyla Fransa kralı IX Lüdovik arasında bağlanan 11 may 1258-ci il tarixli sülhə əsasən, İzabella kralın ikinci oğlu Filiplə nişanlandı. Cütlüyün toy mərasimi isə 28 may 1262-ci ildə Klermon-Feranda baş tutdu. Bu müddət ərzində isə Fransa kralının böyük oğlu vəfat etmiş, Filipp atasının və bütün Fransa krallığının varisi olmuşdu.
1270-ci ilin iyulunda əri və qaynatasıyla birlikdə VIII Səlib yürüşünə qatılan İzabella, cəmi bir ay sonra qaynatasının vəfatıyla Fransa kraliçası oldu. Paytaxta geri dönüş yolunda, 11 yanvar 1271-ci ildə Kalabriyadakı Savuto çayını keçərkən atdan düşən Araqonlu İzabella, altıaylıq övladını vaxtından erkən dünyaya gətirdi. Ancaq cütlüyün beşinci övladı olan bu oğlan uşağı çox keçmədən vəfat etdi.
Cütlük dərhal Martirano qalasına, ardından isə Kozentsaya hərəkət etsə də, halsız və hərarətli olan İzabella 28 yanvar 1271-ci ildə burada vəfat etdi. Cənazəsi yenicə vəfat edən övladıyla birlikdə Kozentsa Kafedralına dəfn edilsə də, daha sonra cənazələri Sen-Deni Bazilikasına daşınır.
Mənbə
redaktə- Rodrigo Estevan, María Luz (2009). "Los testamentos de Jaime I: Repartos territoriales y turbulencias políticas". Cuadernos, Centro de Estudios de Monzón y Cinca Media (in Spanish) (35): 61–90
- Luigi Palmieri, Cosenza e le sue famiglie: attraverso testi, atti e manoscritti, Cosenza : Pellegrini Editore, 1999, p. 19, ISBN 88-8101-067-4, ISBN 978-88-8101-067-7
- Sivéry, Gérard (2003). Philippe III le Hardi (in French). Fayard
İstinadlar
redaktə- ↑ Zurita, Jerónimo (1977). López, Angel Canellas (ed.). Anales de Aragón Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine (PDF) (in Spanish)