Araqon Kralligi - Wikipedia
Araqon krallığı (araq. Reino d'Aragón; kat. Regne d'Aragó; lat. Regnum Aragoniae; isp. Reino de Aragón) — 1035–1707-ci illərdə müasir İspaniya və Fransa ərazisində mövcud olmuş dövlət. Müxtəlif dövrlərdə onun tərkibinə Araqon, Kataloniya, Valensiya və Russilyon tarixi vilayətləri daxil olmuşdur. O, daha bir neçə dövlət qurumunun Araqon krallarının hakimiyyəti altında birləşdirilmiş federal monarxiyadan – Araqon taxt-tacından fərqlənir.
Tarixi dövlət | |||
Araqon krallığı | |||
---|---|---|---|
|
|||
|
|||
Dilləri | Ərəb dilinin Əndəlüs dialekti, Ladino | ||
Rəsmi dilləri | |||
Dövlət dini | Roma-Katolik kilsəsi, katolisizm | ||
İdarəetmə forması | İrsi monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
1479-cu ildə Araqon kralı II Xuanın ölümündən sonra Araqon və Kastiliya tacları birləşərək müasir İspaniyanın nüvəsini təşkil etdi. Araqon torpaqları muxtar parlament və inzibati qurumları saxladı. Bu tənzimləmə, İspaniyada mərkəzləşdirilmiş hakimiyyətin İspaniya mirası uğrunda müharibədən sonra ispaniyalı V Filip tərəfindən 1707-1715-ci illər arasında elan edilmiş Nueva-Planta dekretlərinə qədər qaldı.[1][2]
İstinadlar
redaktə- ↑ I. Ruiz Rodríguez, Apuntes de historia del derecho y de las instituciones españolas, Dykinson, Madrid, 2005, p. 179 Arxivləşdirilib 2023-01-17 at the Wayback Machine. (In Spanish)
- ↑ Spengler, Robert N. Fruit from the Sands: The Silk Road Origins of the Foods We Eat (ingilis). Univ of California Press. 2020-09-22. ISBN 978-0-520-37926-8.