Arabesk Incesenet - Wikipedia
Arabesk_(incəsənət) - Haqqında Məlumat
İslimi — Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir.
İslimi ornament sənətində doldurucu və həm də bağlayıcı elementlərdən hesab edilir. İslimi elementləri formasına görə mürəkkəb olub, xalçaların arasahəsində və haşiyə qurşaqlarında geniş tətbiq olunur. Ən çox Cənubi Azərbaycan xalçalarında yayılmışdır. İsliminin ən yayılmış formaları bunlardır:
- Sadə islimilər;
- Qanadlı islimilər;
- Haçalı islimilər;
- Hörmə islimilər;
- Butalı islimilər;
- İslimibəndlik.[1][2]
İstinadlar
redaktə- ↑ Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.73. (rus.) (ing.)
- ↑ "İslimi". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-03.