Ariciliq Ve Apiterapiya Uzre Basqird Elmi Tedqiqat Merkezi - Wikipedia
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi (rus. Башкирский научно-исследовательский центр по пчеловодству и апитерапии) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində arıçılıq və apiterapiya üzrə elmi-tədqiqat işlərinin təşəbbüskarıdır[1]. Baş direktoru Amir İşemqulovdur[2].
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi | |
---|---|
rus. Башкирский научно-исследовательский центр по пчеловодству и апитерапии | |
Növü | Dövlət təşkilatı |
Yaranma tarixi | 8 iyul 1998 |
Mərkəzi | Rusiya, Ufa, Mendeleyev küç. 217A |
bash-med.ru |
Tarixi
redaktəMərkəzin əsası 8 iyul 1998-ci ildə Başqırdıstan Respublikasının Prezidenti tərəfindən qoyulmuşdur.
Mərkəz qeyri-kommersiya təşkilatıdır və Başqırdıstanın dövlət mülkiyyəti kimi təsnif edilir[3].
Kontingenti
redaktə2016-cı ildə bu mərkəzin 145 nəfər əməkdaşı olmuşdur[4].
Ticarət nişanları
redaktəArıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, qorunan ticarət nişanı olan "Başqırd balı" məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir[5].
Mükafatları
redaktəMərkəz bir çox beynəlxalq tədbirlərdə müxtəlif mükafatlar qazanmışdır ki, bu uğurların əldə olunması məhz Başqırd balının təqdimatı sayəsində olmuşdur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "npa.bashkortostan.ru" (PDF). 2017-12-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
- ↑ "А.М. Ишемгулов, генеральный директор". 2017-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
- ↑ Центр Arxivləşdirilib 2018-08-15 at the Wayback Machine (rus.)
- ↑ башкирская-энциклопедия.рф Arxivləşdirilib 2016-04-06 at the Wayback Machine (rus.)
- ↑ "«Башкирский мёд» защитил свои права". 2020-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
Xarici keçidlər
redaktə- bash-med.ru — Rəsmi saytı
- Башкирский мёд Arxivləşdirilib 2017-09-13 at the Wayback Machine
- Башкирская энциклопедия Arxivləşdirilib 2016-04-06 at the Wayback Machine