Appendicularia - Wikipedia
Apendikularilər (lat. Appendicularia) — xordalılar tipinin tunikalılar yarımtipindən dəniz plankton orqanizmləri sinfi. Apendikularilər okeanlarda və dənizlərdə yaşayır. Əksər növləri bir neçə mm böyüklükdə yumurtavarı gövdədən və ondan bir neçə dəfə uzun quyruqdan ibarətdir. Quyruq oxu boyunca yanlardan iki ədəd ipşəkilli əzələsi olan xorda keçir. Dərinsu növlərində gövdənin uzunluğu 2,5–5 sm-ə, quyruğu isə 7 sm-ə çatır. Ağzı xaricə açılan cüt qəlsəmə yarığı ilə udlağa keçir. Həzm sistemi qida borusundan, mədədən və qısa bağırsağdan ibarətdlir. Udlaq üzərində beyin qanqlisi yerləşir; buradan bütün bədən boyu sinir kötüyü uzanır. Ürək mədənin altında yerləşir; qanın hərəkət istiqaməti hər neçə dəqiqədən bir dəyişir. Mayalanma xaricidir; suda inkişaf edən yumurtalardan sürfələr çıxır. Appendikularilərin ifraz etdiyi selikdən heyvanın gizlənə bildiyi şəffaf həlməşikli evcik formalaşır.Evciyin önündə qatılaşmış selikdən tor pəncərə, arxasında isə ifrazat dəliyi yerləşir. Quyruğun güclü hərəkəti suyun ön dəlikdən arxa dəliyə axmasını və evciyin suda hərəkətini təmin edir, sudakı üzvi hissəciklər isə torun üzərində qalır (Appendikularilər onunla qidalanır). Bir neçə saatdan sonra evciyin toru zibillənir və Appendikulyarilər onu tərk edərək yenisini qurur. 60-dək növü var. [3]
Apendikularilər | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Apendikularilər |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
İstinad
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ İNaturalist (çd.). 2008.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 579 – 580. ISBN 978-9952-441-02-4.