Aolotripidler - Wikipedia
Aolotripidlər fəsiləsi-(lat. Aeolothripidae) Buğumayaqlılar tipinin Saçaqlıqanadlar dəstəsinə aid olan fəsilə.
Aolotripidlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Aolotripidlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xarici görünüşü
redaktəBığcıqları 9 buğumludur. Qabaq qanadları enli, ucları dəyirmidir, 2 uzununa, 4-5 köndələn damarı vardır. Arxa qanadlar zəif ifadə olunmuş uzununa damarlıdır. Qabaq qanadın ön kənarında kirpikciklər yoxdur. Yumurtaqoyan yuxarıya əyilmişdir.[3] Erkəyin qarıncığının uc seqmentlərində dişiciklər və ya buynuzabənzər törəmələr vardır. Sürfələrin bığcığı 7 buğumludur, 3-cü və 7-ci buğumlar köndələn şırımlarla ayrılmışdır, bığcığın son buğumu mil şəklində uzanmamışdır. Sürfənin ayaqları dartılmışdır. I yaş sürfəsinin qarıncığının IX seqmenti dişciksiz, II yaş sürfəsində isə 4 dişciklidir.[3]
Həyat tərzi
redaktəAelothripinae yarımfəsiləsinin növləri yırtıcı olub, gənələri və xırda cücüləri məhv edir. Mədəni və yabanı ot bitkilərində yaşayaraq cücülərin və gənələrin yumurtalarını məhv edir.
Yayılması
redaktəMDB-də 17 növ, Azərbaycanda 7 növü vardır. Naxçıvan MR-də, Qarabağda və Azərbaycanın başqa zonalarında geniş yayılmışdır. Melanothrips fuscus L.[3]
Təsnifatı
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Mound L. A. Order Thysanoptera Haliday, 1836. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 201–202. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ 1 2 3 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
Ədəbiyyat
redaktə- Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004