Antonio Labriola - Wikipedia
Antonio Labriola (2 iyul 1843[1][2][…], Kassino[d] – 12 fevral 1904[1][3], Roma) — ilk italyan marksisti, filosof, publisist, sosialist hərəkatı xadimi. 1874-cü ildən Roma universitetinin professoru idi. 90-cı illərin əvvəlində burjua demokratizmi və Hegel idealizmi ilə əlaqəni kəsərək marksizm mövqeyinə keçmişdi. 1890-cı ildən Fridrix Engelslə yazışırdı. İtaliya Sosialist Partiyasının yaradılmasına (1892) kömək göstərmiş, lakin onun fəaliyyətində iştirak etməmişdir. Labriolanın əsərlərində tarixi inkişafın həlledici amili, siniflər və sinfi mübarizə, xalq kütlələrinin və şəxsiyyətin tarixdə rolu, dövlət, inqilab və s. problemlər tədqiq olunmuşdur.
Antonio Labriola | |
---|---|
it. Antonio Labriola | |
Doğum tarixi | 2 iyul 1843[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 fevral 1904[1][3] (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahəsi | siyasi fəlsəfə |
İş yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
1870–1874-cü illərdə "Gazzetta di Napoli", "Il Piccolo", "L‘Unita Nazionale" və "Monitore di Bologna" kimi siyasi jurnallar üçün məqalələr yazmışdır.
Antonio ictimai inkişafın əsl hərəkətverici qüvvələrini açıb göstərməyi tarixi materializm anlayışının başlıca vəzifəsi sayırdı. Sosialist hərəkatı ilə marksizm nəzəriyyəsinin əlaqəsinin zəruriliyi fikrini inkişaf etdirmişdir. "Kommunist Partiyasının Manifestini" ictimai elmdə çevriliş kimi qiymətləndirmişdir. Labriolanın proletariat diktaturası haqqında təlimi, proletar partiyasının fəhlə sinfi və onun müttəfiqləri ilə qarşılıqlı əlaqəsinin əhəmiyyətini, milli məsələni düzgün başa düşməmişdi. Labriolanın ideya irsi İtaliyada marksist fikrin sonrakı inkişafına böyük təsir göstərmişdir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Antonio Labriola // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Antonio Labriola // Internet Philosophy Ontology project (ing.).
- ↑ Azərbaycan Sovet Ensiklopediyası. VI. Bakı. 1982. səh. 140.