Antiteza - Wikipedia
Antiteza - Haqqında Məlumat
Antiteza (yun. άντίθεσις – qarşı –qarşıya qoyma) – bədii ədəbiyyatda və natiqlik sənətində üslub vasitəsi; bədii təsiri gücləndirmək məqsədi ilə əks mənalı fikirlərin, anlayış və obrazların qarşı-qarşıya qoyulması (məs., Hökmüylə, qəsdilə nə deyir zaman? Uçurur bir yandan, qurur bir yandan – B. Vahabzadə). Antitezalar açıq şəkildə ifadə olunan kontrastlardır. Bu özünü antonimlərdə daha çox büruzə verir. Qədim və orta əsrlər ədəbiyyatında geniş istifadə olunmuşdur. Antitezadan əsərin adında da istifadə olunur: “Eşq və intiqam”, S.S.Axundov; “Qılınc və qələm”, M.S.Ordubadi. [1]
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 551. ISBN 978-9952-441-02-4.