Antiqel - Wikipedia
Antigel (fr.antigel — donmayan, donmadan qoruyan, soyuğa davamlılığı artıran aşqar) — dizel yanacaqlarına depressor aşqarlarının ümumi qəbul olunmuş adıdır. Antigel dizel yanacağının aşağı temperaturlu xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. 1965–1969-cu illərdə dizel yanacağı üçün depressor aşqarlarına cəmi 10 patent alınmışdı, 1975–1984-cü illərdə isə bu göstərici 110-u ötdü. Patentlərin 90%-də depressor aşqarları kimi polimerlər göstərilir.[1][2]
Tarix
redaktəMüxtəlif neft məhsullarına, əsasən, yağlara depressor aşqarlarının inkişafı 1931-ci ilə gedib çıxır, bu ildə yağlara sintetik aşqar — paraflou alınmışdı. Dizel yanacaqlarına depressor aşqarlarının yaradılması istiqamətində işlər XX əsrin 60-cı illərinin ortasından başlamışdı. Bu problemə belə gec fikir verilməsi onunla izah olunur ki, depressor aşqarları donma temperaturunu yetərincə azaltdığı halda onun bulanma temperaturuna təsir etmir. Məhz bu göstəırici uzun müddət yanacaqların qış mövsümündə yararlı olduğunu göstərən meyar idi. Sonralar məlum oldu ki, bu meyar bulanma temperaturu deyil, yanacağın axma temperaturu — onun axıcılığıdır. Yalnız bundan sonra depressor aşqarlarının sintezinə başlanıldı.
Təsnifat
redaktəHal-hazırda dizel yanacaqlarına depressor aşqarlarını kimyəvi təbiətinə görə aşağıdakı kimi təsnif etmək olar:
- Etilenin polyar monomerlərlə (etilen-vinilasetat sopolimerləri və onların kompozisiyaları, etilen və vinilasetat əsasında üçlü sopolimerlər, etilenin digər polyar monomerlərlə sopolimerləri);
- Poliolefin tipli məhsullar (etilen-propilen, etilen-propilen-dien məhsulları və onların parçalanma məhsulları, α-olefinlərin sopolimerləri, modifikasiya olunmuş poliolefinlər);
- Polimetakrilat aşqarlar (polialkil(мet)akrilatlar, alkil(met)akrilatların sopolimerləri;
- Polimer olmayan kimyəvi birləşmələr (alkilnaftalinlər; çoxatomlu turşular və spirtlərin efirləri; tərkibində uzun alkil radikalları saxlayan amidlər).
Etilenin polyar monomerlərlə sopolimerləri
redaktəBu qrupa etilenin sadə və mürəkkəb vinil efirləri, doymuş ketonlar, doymamış turşuların efir və amidləri ilə müxtəlif binar və üçlü sopolimerləri daxildir. Ümumi halda onlar qolları müxtəlif funksional qruplar olan polimetilen zənciridir. Dünya bazarında təklif olunan depressor aşqarları sırasında mühüm yeri əsasını etilenin vinil asetatla sopolimerləri təşkil edən aşqarlar tutur.
Poliolefin tipli aşqarlar
redaktəPoliolefinlərdən ən sadəsi — yüksək təzyiqli polietilenin istehsalı zamanı əlavə məhsul kimi alınan kiçik molekullu şaxələnmiş polietilen (KMŞP)dir. KMŞP soba yanacaqlarına depressor kimi təsir edir, həm də yay dizel yanacaqlarında effektivdir, 0,1–0,2 % (kütlə) qatılığında onların donma temperaturunu 1200С-dək azaldır. Təəssüf ki, dizel yanacağının tərkibində KMŞP olduqda onun filtrlənmə əmsalı azalır. Müəyyən edilmişdir ki, KMŞP (molekul kütləsi 1800–4200) –in dizel yanacağına depressor kimi xassələri yüksək molekullu fraksiyaların sentrafuqa vasitəsilə ləğv edilməsi yolu ilə yaxşılaşır.
Polimetakrialt aşqarlar
redaktəDizel yanacaqlarına polimetakrilat depressor aşqarları sahəsində müasir tendensiyalar yüksək molekullu alkil(met)akrilatlar və vinilasetat tipli sopolimerlərin alınmasına əsaslanır. Bu sinif birləşmələri əsasında aşqarlar dizel yanacağında yüksək effektlilik göstərir: onlar dizel yanacaqlarının qış növünün bulanma temperaturunu aşağı salma qabiliyyətinə malikdir və onlar sadə üsulla (atmosfer təzyiqi, standart avadanlıq, yüksək olmayan temperatur −10000С-yə qədər) alınır.
Polimer olmayan (kondensasiya) depressor aşqarları
redaktəYağlara АзНИИ и АзНИИ-ЦИАТИМ-1 kimi məşhur depressorlarla təqdim olunan alkilnaftalin və alkilfenol birləşmələri dizel yanacağına daxil edildikdə az effektlilik göstərir. Lakin bu aşqarlar digər depressor aşqarları ilə kompozisiyada istifadə oluna bilər. Polimer olmayan (kondensasiya) depressor aşqarları arasında mürəkkəb efir (oksigensaxlayan) və amid (azotsaxlayan)aşqarlar geniş yayılmışdır. Əsas sinif aşqarların effektliliyinin müqayisəsi Cədvəldən göründüyü kimi, məsrəfə görə tərkibində oksigen saxlayan funksional qruplar olan polimer və sopolimer depressor aşqarlar digər sinif aşqarları üstələyir. Temperaturu azaltmağa görə bütün aşqarlar təxminən eyni səviyyədədir. Yanacağın filtrdən keçmədiyi ən yüksək temperaturun depressiya effekti poliolefin aşqarlar istisna olmaqla bütün aşqarlar üçün təxminən eynidir. Sonuncu bu effekti yay dizel yanacaqları üçün də göstərir. Texnoloji parametrlər baxımından şübhəsiz üstünlük polimetakrilat və kondensasiya aşqarlarına məxsusdur.
Vinilasetat sopolimerləri — əsas aşağıtemperaturlu göstəricilərinə görə digər aşqarlarla müqayisədə bir sıra üstünlüklərə malik olsa da, onlar əlverişsiz sintez üsulu ilə alınır. Məhz bu səbəbdən onlar Rusiyada kifayət qədər geniş yayılmamışdır.
Dizel yanacaqlarında aşqarların effektliliyini göstərən amillər
redaktəDizel yanacaqlarında depressor aşqarlarının effektliliyi onların iştirakı ilədonma temperaturu, bulanma temperaturu, yanacağın filtrdən keçmədiyi ən yüksək temperaturun depressiyası ilə müəyyən olunur. Depressor aşqarlarının effektliliyinə aşağıdakı amillər təsir edir: aşqarların quruluşu, qatılığı və molekul kütləsi; dizelyanacaqlarının özlülüyü və kimyəvi tərkibi; onlarda olan bərk karbohidrogenlər və asfalt-qətranlı maddələrin tərkibi və təbiəti. Artıq az miqdarda depressorun yanacağa daxil edilməsi çox vaxt onun donma temperaturunun kəskin aşağı düşməsinə kömək edir. Depressorun qatılığı yanacaqda son həddə çatdıqda onun donma temperaturuna təsiri azalır. Naften əsaslı yanacaqlarda depressorun qatılığı parafinli yanacaqlara nisbətən azdır. Depressorun effektliliyi yanacağın təbiəti və tərkibindən çox və onları donma temperaturundan, yanacağın filtrdən keçə bilmədiyi ən yüksək temperaturdan az asılıdır. Depressorun effektliliyi yanacağın təbiəti və tərkibindən çox, onları donma temperaturundan və yanacağın filtrdən keçə bilmədiyi ən yüksək temperaturdan az asılıdır. Depressor aşqarlarının effektliliyi həm dizel yanacağında n-parafinlərin miqdarından və onların molekul kütləsinə görə paylanmasından asılıdır. Tərkibində n-parafinlərin qatılığı az və molekul kütləsi üzrə geniş paylanma diapozonu olan dizel yanacaqları n-parafinlərin qatılığı yüksək və molekul kütləsi üzrə dar paylanma diapozonu olan yanacaqlara nisbətən depressor aşqarlarına qarşı daha həssasdır.
Müasir çoxfunksiyalı antigellərə qoyulan ximmotoloji tələblər
redaktəDizel mühərriyi ilə işləyən müasir avtomobillər yanacaqlara bir sıra tələblər qoyur. Məsələn, Avro 4 və Avro 5 standartına cavab verən yanacaqların bir sıra nöqsanları var. Kükürd və törəmələrinin az miqdarda olduğu üçün yanacağın yağlayıcı xassələri kəskin pisləşir. Ümumiyyətlə, keyfiyyətli kompozisiyalar əvəzinə sadə depressor aşqarlarının istifadə olunması yanacaq elementləri ehtiyatlarının azalmasına gətirib çıxara bilər. Ona görə də son zamanlar bir çox istehsalçılar aşağıdakı tələblərə cavab verən çoxfunksiyalı kompozisiyalar yaradıblar:
- Avtomobilin yanacaq sistemi ehtiyatının qorunub saxlanması və artmasının təmin edilməsi
- Dizel yanacağının donma temperaturunun aşağı salınması
- Yanacağın filtrdən keçə bilmədiyi ən yüksək temperaturun aşağı salınması
- Dizel yanacağının yağlayıcı xassələrinin yüksəldilməsi
- Forsunkalar və yanacaq armaturunun yumşaq təmizlənməsinin təmin edilməsi
- Dizel yanacağınını setan ədədinin korreksiya edilməsi.
Amerika aşqar bazarında dizel yanacağı
redaktəMASS/WHOLESALE | AUTO PARTS | ||
---|---|---|---|
BJ’s | 186 | Advance | 3,434 |
Fred Meyer | 125 | Auto Zone | 4,526 |
Kmart | 1,306 | CARQUEST | 2,311 |
Meijer | 190 | O’Railly | 3,717 |
Pamida | 185 | Parts Alliance | 443 |
Sam’s Club | 602 | Uni-Select | 241 |
Sears | 929 | VIP | 56 |
Shopko | 143 | ||
Target | 1,742 | ||
Walmart | 3,656 | ||
9,064 | 14,728 |
Amerika bazarı:
Brand Family | 12 Months Ending September 2013 | Brand Share Rank | Brand Share |
---|---|---|---|
Grand Total | 1982469 | 100 | |
Power Service | 1866750 | 1 | 94.2 |
Gumout | 45234 | 2 | 2.3 |
Heet | 29658 | 3 | 1.5 |
Sta-Bil | 20654 | 4 | 1 |
Gunk | 9966 | 5 | 0.5 |
Howe’s | 4697 | 6 | 0.2 |
CRC | 2007 | 7 | 0.1 |
Lucas | 1771 | 8 | 0.1 |
STP | 1387 | 9 | 0.1 |
Star Brite | 159 | 10 |
Mənbə
redaktə- Davis G. H. B., Blackwood A. J. Improved Paraffin-Base Lubricating Oils//Industrial and engineering chemistry. — 1931. — Vol. 23, №. 12. — P. 1452–1458.
- Б. А. Энглин. Применение жидких топлив при низких температурах. — М.: Химия, 1980. — 208 с.
- Башкатова С. Т. Присадки к дизельным топливам. — М.: Химия, 1994. — 256 с.
- Schultze Georg R., Moos Josef, Göttner Georg-Heinz, Acanal Micdad. Zur Verbesserung des Kälteverhaltens von Dieselkraftstoffen durch Stockpunkterniedriger//Erdöl und Kohle, 1964, V. 17, № 2, s. 100–106.
- Агаев С. Г. Влияние ПАВ на поведение дисперсных систем нефтяных твёрдых углеводородов в электрическом поле // Дис.канд.техн.наук.-М.:МИНХ и ГП им. И. М. Губкина, 1972.-161с.