Anna Hakobyan - Wikipedia
Anna Vaçiki Hakobyan (erm. Աննա Վաչիկի Հակոբյան; 1 fevral 1978, İrəvan) — Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyannın həyat yoldaşı. Armenian Times qəzetinin baş redaktorudur. Qeyri-rəsmi olaraq, Akopyan "Ermənistan Respublikasının Birinci Xanımı" olaraq qəbul edilir və bu mövqe Ermənistan Respublikası Prezidentlərinin həyat yoldaşlarına məxsusdur.
Anna Hakobyan | |
---|---|
erm. Աննա Վաչիկի Հակոբյան | |
Doğum tarixi | 1 fevral 1978 (46 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Uşağı | 4 |
Təhsili |
|
Fəaliyyəti | jurnalist |
annahakobyan.am | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTəhsili və karyerası
redaktəAnna Hakobyan 1 fevral 1978-ci ildə Ermənistan SSR-də anadan olub. İrəvan Dövlət Universitetində təhsil alıb.[1] Məzun olduqdan sonra Ermənistanda jurnalist kimi fəaliyyətə başlayıb. Hal-hazırda Ermənistandakı ən böyük qəzet olan Armenian Times-ın baş redaktorudur.[2]
Ermənistan İnqilabı
redaktəHakobyan, keçmiş prezident Serj Sarkisyanın Baş Nazirliyə namizədliyini irəli sürməsinə cavab olaraq bir sıra hökumət əleyhinə dinc kütləvi etiraz aksiyaları olan 2018-ci il erməni inqilabında fəal rol oynadı.[3]
Baş Nazirin xanımı
redaktəHakopyan 8 may 2018-də əri Nikol Paşinyanın Baş Nazir olaraq seçilməsindən sonra Baş Nazirin xanımı oldu. 2018-ci ilin avqustunda Woman's World adlı Amerikan jurnalı tərəfindən keçirilən bir sorğu Hakopyanın 2018-ci ilin ən gözəl First Lady-si olaraq tanındığını göstərdi.[4]
İstinadlar
redaktə- ↑ "Nikol Pashinyan Interview". mediamax.am. January 15, 2012. October 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2019.
- ↑ "Arxivlənmiş surət". 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
- ↑ "Arxivlənmiş surət". 2018-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
- ↑ "Arxivlənmiş surət". 2021-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.