Anjelika Ve Sultan Film 1968 - Wikipedia
Anjelika və Sultan (fr. Angelique Et Le Sultan) — 1968-ci ildə Ann və Serj Qolonun əsəri əsasında çəkilmiş Fransa filmidir. "Anjelika və Sultan" filminin heyətini şəxsən Tunisin ilk prezidenti Həbib bin Əli Burqiba qarşılamışdır. Sultanın rolunu isə görkəmli Tunis aktyoru Əli Ben Ayed canlandırmışdır.[1]
Anjelika və Sultan | |
---|---|
fr. Angelique Et Le Sultan | |
Janr | roman ekranlaşdırması[d], melodram[d] |
Rejissor | Bernard Borderi |
Əsərin müəllifləri | Ann və Serj Qolon |
Baş rollarda |
Mişel Mersye Rober Osseyn Əli Ben Ayed Jan-Klod Paskal |
Bəstəkar | Mişel Man |
İstehsalçılar |
Francos Films Les Films Borderie Gloria-Film GmbH Fono Roma Rro-Artis Ibérica Liber Film Compagnie Industrielle Et Commerciale Cinématographique (CICC) |
İlk baxış tarixi | 21 avqust 1964 |
Müddət | 105 dəqiqə |
Ölkələr |
Fransa İtaliya Almaniya Tunis |
Dil | Fransız dili |
İl | 1968 |
Əvvəlki film | İnadkar Anjelika |
Sonrakı film | yoxdur |
Rəng | Rəngli |
IMDb | ID0061357 |
Məzmun
redaktəFilmin əvvəlki hissəsində Anjelikanı qaçırdaraq gəmi ilə aparırlar. Joffrey de Peyrak isə şəxsi gəm heyəti ilə onları izləməyə başlayır. Joffrey de Peyrak gəmini ələ keçirir, lakin Anjelikanın burada olmadığını görür. Dəstələr Anjelikanı sultanın hərəmxanasına aparmışlar. Bunu başa düşən Joffrey de Peyrak dəstələrin izi ilə düşüb, uzun və ağır sınaqlardan keçməyə məcbur olur...
Həmçinin bax
redaktəAnjelika, mələklər markizası
[[Fransa[ filmlərinin siyahısı]]
İtaliya filmlərinin siyahısı
Almaniya Federativ Respublikası filmlərinin siyahısı
İstinadlar
redaktə- ↑ "Anjelika və Sultan vgl. cinema.de". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-12.
Xarici keçidlər
redaktəFilmi izlə (azərbaycan dilində)
- Anjelika və Sultan — Internet Movie Database saytında