Andrea Solario - Wikipedia
Solario, Andrea (it. Andrea Solario, 1460, Milan – 1524, Milan) – Lombardiya rəssamlıq məktəbini təmsil edən italiyalı rəssam
Andrea Solario | |
---|---|
Doğum tarixi | 1460[1][2] |
Doğum yeri | Milan |
Vəfat tarixi | 1524[3][1][…] |
Vəfat yeri | Milan |
Milliyyəti | İtalyan |
Dini | Katolik |
İxtisası | Rəssam |
Təhsili | rəsm, heykəltaraşlıq, memarlıq |
Fəaliyyəti | rəssam, vizual incəsənət rəssamı |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya və yaradıclıq
redaktəHeykəltəraşın oğlu olub. İlk incəsənət dərslərini heykəltaraş və memar olan qardaşı Xristoforo Solariodan alıb. Ciovanni Bellini və Leonardo da Vinçidən də dərs alıb. Venesiya, Milan, Normandiya (1507–1509), Paviya və Romada çalışıb. 1507-ci ildən başlayaraq iki il ərzindən XII Lüdovikin sarayında çalışıb. Andrea Solario bir sıra portretin ("Qərənfilli kişi", "Şarl d’Ambuaz" və s.) müəllifidir. Portret yaratdıqda Solario müəyyən kanona arxalanır: qurşağa və ya sinəyədək təsvir, baş 4/3 həcmindədir, baxış tamaşaçıya istiqamətlənib. Adətən model mənzərə fonunda təsvir edilir, bəzən isə mənzərənin fraqmenti pəncərənin alaqapılı ambrazurunda görsənir. Solario ifadəli, dərin obrazlar yaradır.
Andrea Solario dini mövzu ilə bağlı əsərlər də yaradıb ("Çarmıxlama", "Körpəli Madonna"). Rəssamın ən məşhur əsəri "Yaşıl döşəkli Madonna"-dır. Rəssamın əsəri xəttlərin aydınlığı və rənglərin müvazinəti ilə seçilir.
Əsərlər qalereyası
redaktə-
Andrea Solario. "Qərənfilli kişi". təx. 1495
-
Andrea Solario. "Lütnist"
-
Andrea Solario. "Şarl d’Ambuaz". təx. 1507
-
Andrea Solario. "Vəftizçi İoannın başı". təx. 1507
Qeydlər
redaktə- Badt K. Andrea Solario, sein Leben und seine Werke; ein Beitrag zur Kunstgeschichte der Lombardei. Leipzig: Klinkhardt & Biermann, 1914
- Cogliati Arano L. Andrea Solario e Jean Clouet. Milano, La Rete, 1963
- Béguin S. Andrea Solario en France. Paris: Ministère de la culture, 1985
- Brown D.A. Andrea Solario. Milano: Electa, 1987.
Ədəbiyyat
redaktə- ↑ 1 2 Andrea Solario // The Nelson-Atkins Museum of Art. 1933.
- ↑ https://www.museabrugge.be/collection/work/id/2014_GRO1364_III.
- ↑ Andrea Solario // Art UK. 2003.