Ana Harayi Abide - Wikipedia
Ana harayı və ya Bakıda Xocalı soyqırımı abidəsi — 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda, Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında ucaldılmış abidədir.[1] Layihənin rəhbəri memar Camal Rəşid Əlizadə, abidənin müəllifləri isə Aslan, Mahmud və Teymur Rüstəmovlardır.[2][1] Hər il soyqırımın il dönümündə Azərbaycan Prezidenti və minlərlə Bakı sakini abidəni ziyarət edir.[3][4][5]
Ana Harayı | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraşlar |
Aslan Rüstəmov Mahmud Rüstəmov Teymur Rüstəmov |
Memar | Camal Rəşid Əlizadə (Layihə rəhbəri) |
Tikilib | 6 fevral 2008 |
Hündürlüyü | 8,6 m |
Material | Tunc |
Saxlanıldığı yer |
Tarixi
redaktəXocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə[6] hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ucaldılmışdı. Müəllifi Elçin Muxtarov olan abidənin qoyulmasında dövlət büdcəsindən maliyyə xərclənməyib. Abidə vətənpərvər insanların maddi köməkliyi sayəsində başa gəlib.[7] O zaman Xətai Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədli qeyd edir ki, "...sonra o abidənin başına yüz oyun açdılar. Düz beş dəfə söküb-tikdilər. Nəhayət ki, götürüb harasa apardılar, başqası ilə əvəzlədilər."[7]
2008-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mövcud abidənin daha böyük abidə ilə əvəz edilməsi qərara alınır və bu məqsədlə yeni heykəlin hazırlanması üçün Aslan, Mahmud və Teymur Rüstəmovlara müraciət olunur. Beləliklə abidənin hazırlanması işinə heykəltaraşlar ailəsi cəlb edilmişdir.[2]
Heykəlin müəlliflərindən biri olan Teymur Rüstəmov bildirir ki, "Bir kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın isə bu təsvirdə açar rolunu oynadı." Heykəlin digər müəllifi Mahmud Rüstəmov isə qeyd edir ki,
Xətai Rayon İcra Hakimiyyətindən sifariş veriləndə doğrusu bunun nə qədər ağır və məsuliyyətli iş olduğunu anladıq. Atam Aslan Rüstəmov, qardaşım Teymur və mən, yəni ata və iki qardaş birlikdə bir neçə eskiz hazırladıq. Çox müzakirələrdən sonra onlardan biri qəbul edildi və bunun üzərində işə başladıq. Təbii ki, bunu işləmək asan deyildi. Faciəni əks etdirən şəkillər ürəyimizi pərən-pərən edirdi. Çoxuna baxmaq mümkün deyildi. Bu, böyük ağrıdır, çox ağır tarixdir.[8] |
Abidə kompleksin məzmununda elə ciddi dəyişiklik olmayıb. Hər iki heykəldə ana öldürülmüş körpəsini əlləri üzərində tutub. Sadəcə birinci heykəldə ana körpəni başı üzərində, ikincidə isə qolları üstündə təsvir olunub. 26 fevral 2008-ci ildə yeni abidənin açılışı olmuşdur.[2]
Abidənin təsviri
redaktəBirinci heykəl
redaktə1993-cü ildə qoyulmuş “Ana fəryadı” abidəsində Xocalı qadınlarının timsalı olan gənc qadın erməni cəlladları tərəfindən öldürülmüş körpəsini başı üzərinə qaldırıb. Bu görkəmdə həm imdad, fəryad var, həm də ittiham əks edilmişdir. Sanki, eyni taleni yaşamış Xocalı qadınlarının təmsilçisi bütün dünyanı ittiham edir, onlardan cavab tələb edir.[7]
1993-cü ildə ucaldılmış abidədə ana ermənilərdən canını qurtarıb qaçan Xocalı qadınları kimi hərəkətlidir.[7] Təsvir edilmiş ananın paltarı Xocalı qadınlarının min bir əzab-əziyyətlə qarlı-şaxtalı gecədə, meşələrdən, çaylardan keçib gəldiyini əks etdirir. Həmin abidədə qadın ayaqyalındır.[7]
İkinci heykəl
redaktəAbidə tunc və qara qranitdən hazırlanmışdır.[9] hazırlanmışdır. Abidənin hündürlüyü 8.6 m[2], heykəlin hündürlüyü isə 3,2 m-dir.[9] Heykəldə evdən gecə köynəyində qaçmağa məcbur olmuş və əlindəki ölmüş körpəni ürəyinə sıxmış ana təsvir olunmuşdur.[10] Heykəlin hazırlanması zamanı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi fotolardan da istifadə olunmuşdur.
Abidənin postamentində yerləşdirilmiş barelyeflərdə soyqırımı zamanı öldürülmüş qadınlar, uşaqlar, qocalar, eyni zamanda ölmüş körpəni kamera ilə çəkən Çingiz Mustafayevin özü təsvir olunmuşdur. Postamentin aşağı hissəsində isə soyqırımı haqqında rəqəmli faktlar və öldürülmüş insanların siyahısı qeyd edilmişdir.
İstinadlar
redaktə- ↑ "İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak etmişdir". president.az. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 26 fevral 2014. 2018-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2016.
- ↑ 1 2 3 4 "К годовщине Ходжалы в Баку будет открыт обновленный памятник "Ана Харайи"". trend.az. Trend. 26 февраля 2008. 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2018.
- ↑ Ильхам Алиев принял участие в церемонии почтения памяти жертв Ходжалинской трагедии Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine (2011)
- ↑ Ильхам Алиев принял участие в шествии по случаю 20-й годовщины Ходжалинского геноцида Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (2012)
- ↑ Ильхам Алиев принял участие в церемонии почтения памяти жертв Ходжалинской трагедии Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine (2013)
- ↑ "Ana Fəryadı abidəsi açılışa hazırdır". musavat.az. Müsavat qəzeti. 25.02.2010. 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2018.
- ↑ 1 2 3 4 5 "Hansı Ana fəryad qoparana oxşayır? (iki abidənin fərqi)". modern.az. Türküstan qəzeti. 04.03.2010. 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2018.
- ↑ "Xocalı abidəsi müəllifi danışdı". metbuat.az. ANSPress. 24 Fevral 2015. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2018.
- ↑ 1 2 "New memorial to Khojaly tragedy to be erected in Baku". 2014-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-21.
- ↑ İctimai TV. "Ana harayı abidəsinin yaranma prosesi haqda memar danışdı" (az.). Youtube.com. 26.02.2024. 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
Həmçinin bax
redaktə