Amir Esel - Wikipedia
Amir Eşel (ivr. אמיר אשל; d. 4 aprel 1959) israilli general, İsrail HHQ-nin keçmiş komandanı. 2008-ci ildən etibarən general-mayor rütbəsində xidmət etmiş, bir müddət Silahlı Qüvvələrin Planlaşdırma İdarəsinin rəisi olmuşdur. O, 10 may 2012-ci il tarixindən 10 avqust 2017-ci il tarixinə qədər olan müddətdə İsrail HHQ-nin komandanı olmuşdur.
Amir Eşel | |
---|---|
ivr. אמיר אשל | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yaffa, İsrail |
Vətəndaşlığı | İsrail |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İsrail Silahlı Qüvvələri |
Qoşun növü | İsrail Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1977-2017 |
Rütbəsi | General-mayor |
Döyüşlər | Qoruyucu Sərhəd əməliyyatı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1959-cu ildə İsrailin Yaffa şəhərində anadan olmuş, 1977-ci ildə İsrail Silahlı Qüvvələrində xidmətə başlamışdır. 1979-cu ildə İsrail HHQ Akademiyasından məzun olduqdan sonra Douglas A-4 Skyhawk döyüş təyyarəsində pilot olaraq fəaliyyətə başlamışdır. O, həmin təyyarə ilə 1982-ci ildə baş verən Livan müharibəsində iştirak etmişdir. Eşel 1993 və 1995-ci illər aralığında Tel Nof aviabazasında yerləşən 201-ci eskadrilyaya rəhbərlik etmiş, 1997–1999-cu illər aralığında İsrail HHQ-nin Əməliyyat Şöbəsinə rəhbərlik etmişdir.
Eşelin atası İkinci dünya müharibəsi illərində baş vermiş Holokost soyqırımı zamanı sağ qalmışdır. Eşel 2003-cü ilin sentyabr ayında F-15 döyüş təyyarəsi ilə əvvəllər Auşvitz ölüm düşərgəsinin yerləşdiyi ərazidə uçuş həyata keçirmişdir.
10 avqust 2017-ci ildə İsrail HHQ-nin komandanı postunu tərk etdikdən sonra hərbi karyerasını başa vurmuşdur. Onun yerinə general-mayor Amikam Norkin bu vəzifəyə təyin olunmuşdur.[1]
Evlidir. Üç övladı var. Alabamada yerləşən Obern Universitetində iqtisadiyyat, İsraildə yerləşən Hayfa Universitetində isə siyasi elmlər üzrə dərəcə almışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ahronheim, Anna. "IDF Appoints new Air Force Commader". Jerusalem Post. 10 avqust 2017. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2017.