Aminonitriller - Wikipedia
Aminonitrillər - Haqqında Məlumat
Aminonitrillər (aminokarbon turşularının nitrilləri) ümumi formulu H2NRCN olan üzvi birləşmələrdir.
Xassələri
redaktə- Maye və bərk halda olan maddələrdir;
- suda pis, üzvi həlledicilərdə isə yaxşı həll olurlar;
- yandırıcıdırlar, toksikidirlər.
Onlar üçün aminlərə və nitrillərə məxsus xassələr xarakterikdir. Məsələn, aminturşularadək H2NRCOOH hidroliz etmək, diaminlərə H2NRCH2NH2 reduksiya olunmaq, amin qruplarının alkilləşməsi.
Alınması
redaktəAminonitrillərin əsas alınma üsulları:
- ammonyakın və ya aminlərin hidroksinitrillərə
- doymamış nitrillərə təsiri,
- dinitrillərin reduksiyası
- onların Torp-Siqlerə görə tsiklləşməsi
Tətbiqi
redaktəAminonitrillər — aminturşuların, vitaminlərin, dərman maddələrinin, yuyucu vasitələrin, monomerlərin laboratoriyada və sənayedə sintezi üçün ilkin maddələr və aralıq məhsullarıdır. Məsələn, ε-kaprolaktamın sintezində ε-aminokapronitrilin hidrolizindən istifadə olunur.
Ədəbiyyat
redaktə- Зильберман Е. Н., Реакции Нитрилов, М., 1972.
- Taylor E. C., Mekillop A., The chemistry of cyclic enaminonitriles, N. Y., 1970.