Amerika Ermenileri Milli Komitesi - Wikipedia
Amerika Erməniləri Milli Komitəsi (erm. Ամերիկայի Հայ Ազգային Կոմիտե, ing. Armenian National Committee of America) — Komitəni bəzən "Ay Dat" da adlandırırlar. Komitə Amerikadakı erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğuldur.
Amerikanın eləcə də Avropanın bir çox şəhərlərində ofisləri fəaliyyət göstərir, AEMK Daşnaksütun partiyası ilə sıx əlagələrə malikdir. Digər erməni təşkilatıarı ilə birgə Erməni soyqırımı nın tanınması məqsədilə kompaniyalar təşkil edir, və digər lobbiçilik fəaliyyəti ilə məşğul olur.
1999-cu ildə komitənin sədri Murad Topalyan terror aktlarının təşkilinə və qanunsuz silah sursat saxlamasına görə, ABŞ hüquq mühafizə orqanları tərəfindən həbs olunmuşdur.
Hal hazırda komitənin fəaliyəti əsasən üç istiqamətdə təşkil olunub:
- Ermənistana və Qarabağ seperetçılarına maddi və siyasi yardım göstərmək.
- ABŞ pprezidentinə və siyasi elitasına təsir və təzyiq göstərərək erməni soyqırımını tanıdmaq və Türkiyədən təzminat alınmasına nail olmaq.
- Azərbaycana qarşı olan istiqamətdir, burada onların məqsədi, Qarabağ məsələsində ermənilərin düz mövqedə olmasını ABŞ və dünya ictimaiyyətinə qəbul etdirmək. Azərbaycana qarşı aparılan informasıya müharibəsinin təşkilinə kömək və onu maliyyələşdirmək də AEMK prioritet məsələlərindən biridir.