Ambarsum Melikovun Evi Islam Seferli Kucesi - Wikipedia
Ambarsum Məlikovun evi — Bakı şəhərində, İ. Səfərli 13, S. Tağızadə 121 və Tolstoy 136 küçələrinin kəsişməsində yerləşən tarixi malikanədir. Bina 1900-cü ildə Vartan Sarkisovun layihəsi əsasında neobarokko üslubunda inşa edilmişdir.
Ambarsum Məlikovun evi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İslam Səfərli küç.13 |
Aidiyyatı | Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası |
Memar | Vartan Sarkisov |
Tikilmə tarixi | 1900 |
Üslubu | neobarokko |
Vəziyyəti | yaxşı |
İstinad nöm. | 3494 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİnşası
redaktəBina 1900-cü ildə, XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi Ambarsum Məlikovun sifarişi ilə memar Vartan Sarkisovun layihəsi əsasında inşa edilmişdir.
Sonrakı istifadəsi
redaktəƏvvəllər yaşayış binası kimi istifadə olunmuş binada 1922-ci ildən Azərbaycanın ən qədim kütləvi kitabxanası olan Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası yerləşdirilmişdir. Kitabxana 1919-cu ilin mart ayında, Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı tərəfindən əsası qoyulmuş "Xəzər sahili istehlak cəmiyyəti" adlı təşkilatın təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan qadınlarını geniş sürətdə kitabxanaya cəlb etmək üçün fəaliyyətə başladığı dövrdən kitabxana "Oxucu qadınlar dərnəyi" təşkil etmişdir. 1922-ci ildə Sabirin vəfatının on illiyi ilə əlaqədar olaraq kitabxanaya onun adı verilmiş və həmin ildən kitabxana Məlikovların malikanəsində yerləşdirilmişdir.[1]
Memarlıq xüsusiyyətləri
redaktəMəlikovun iki mərtəbəli yaşayış evi forştadtın tarixi məhəllələrinin memarlıq-planlaşdırma həllinin mühüm elementlərindən biridir.[2] Bu evdə tikilinin estetik keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edən yeni tikinti materialı olan qırmızı tökmə kərpiclə order sisteminin zəngin plastikasından uğurla istifadə edilmişdir. Əsas fasad rizalit sistemli daş formanın arxitektur kütlələrin ifadəsinin inkişaf etmiş impulsunu verən xüsusi kompozisiya üsulları ilə fərqlənir. Bina klassik formaların həcmi cəhətdən plastik tarazlığı vasitəsilə ətraf mühitlə məkan əlaqəsi yaradır.[2]
Fasadın daşdan yonulmuş memarlıq elementlərinin reylefliliyi vasitəsilə nail olunmuş fiqurlu forması mükəmməl həll edilərək XX əsrin əvvəllərində memarlığın mürəkkəb inkişaf prosesi şəraitində binanın bədii mahiyyətinin palitrasını meydana çıxarır.[3]
İstinadlar
redaktə- ↑ Səlimova, Firuzə. "M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasının dünəni və bu günü". YouTube. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2017.
- ↑ 1 2 Fətullayev, 2013. səh. 224
- ↑ Fətullayev, 2013. səh. 226
Ədəbiyyat
redaktə- Fətullayev-Fiqarov, Şamil. Bakının memarlıq ensiklopediyası. Bakı: Şərq-Qərb, Azərbaycan Respubliksı Memarlar İttifaqı. 2013. səh. 528.
Həmçinin bax
redaktə- Tiqran Məlikovun evi — İslam Səfərli küçəsində Ambarsum Məlikovun oğlu Tiqran Məlikova məxsus olmuş malikanə.
- Ambarsum Məlikovun evi — Xaqani küçəsində Ambarsum Məlikova məxsus olmuş malikanə.