Amazon Lamantini - Wikipedia
Amazon lamantini və ya Braziliya lamantini (lat. Trichechus manatus) — nəhəng su məməlisi, olaraq Lamantinlər fəsiləsinə daxil olan növ. Bu canlılar Cənubi Amerikanın Amazon çayı hövzəsində yayılmışdır.
Amazon lamantini | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Amazon lamantini |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Xarici görünüş
redaktəLamantinlər iri su canlıları olaraq, ön ətrafları kürəklərə çevrilmiş və quyruğunu yastı formada dəyirmiləşdirilmiş "avarı" xatırladır. Arxa ətrafları isə yoxdur. Yetkin fərdlər digər lamantinlərdə olduğu kimi boz rəngli dəriyə sahibdirlər. Bununla belə sinəsində ağ və ya açıq çəhrayı ləkələr onları digər növlərdən fərqləndirməyə imkan verir. Onların dərisi lamantinlər cinsinə daxil olan digər növlərə nisbətdə daha hamar və düzdür. Üst dodağı sirenlərə daxil digər növlər kimi açıq şəkildə ikiyə bölünmüşdür. Növün elmi adı inunguis tərcümədə "dırnaqdan məhrum olmuş" anlamını verir. Həqiqətəndə bu növ canlılarda dırnaq yoxdur.
Təbiətdə ovlanan ən iri Amazon lamantininin uzunluğu 2,8 m, çəkisi isə 500 kq olmuşdur[3]
Yayılması
redaktəAmazon lamantinləri Amazon çayı və onun qollarında yayılmışdır. Onlar duzlu suya uyğunlaşmamışlar. Onlara Cənubi Amerikanın Braziliya, Şərqi Peru, Cənub-Şərqi Kolumbiya və Şərqi Ekvador[4] kimi ərazilərdində rastlamaq mümkündür. Əvvəllər səhvən Orinoko çayı və onun hövzəsi də Amazon lamantinlərinin arealına daxil edilirdi[5]. Bəzən bu canlılara Amazon çayının məsəbində, Atlantik okeanına uaxın ərazilərdə rat gəlmək mümkündür, Ancaq onlar heç zaman okeana girmirlər[6]
Həyat tərzi
redaktəDigər lamantin növlərimndən fərqli olaraq Amazon lamantini ancaq şirin sularda yaşayır. Onlar əsasən göllər, çayın zəif axan hissələri, çay qollarıə və laqunları üstün tuturlar. Bu isə burada çoxlu sayda su bitkisinin olması ilə əlaqədardır.
Amazon lamantinləri otyeyən heyvanlardır. hansı ki, ancaq su bitkiləri ilə qidalanırlar. Onların qida rasionuna Vallisneriya (Vallisneria), Buynuzyarpaq (Ceratophyllum), Oxyarpaq (Sagittaria), Limnobium (Limnobium), пузырчатку (Utricularia), Potomogeton (Potomogeton) və su salatı (Pisitia) kimi birtkilərlə qidalanır. Onların suya düşən palmaları yeməsi də müşahidə edilmişdir. Təbiətdə bu canlılar gün ərzində 9–15 kq qida yeyirlər. Bu isə onların bədən çəkisinin 8 % -nə bəyabərdi[3]
Lamantinlər istər gündüz, istərsdə gecə aktiv ola bilirlər. Əsasən su altı həyat sürsələrdə tənəffüs etmək məqsədi ilə su səthinə çıxırlar. Adətən hər dəqiqədə 3–4 dəfə su səthinə çıxaraq nəfəs alırlar. Onlar arasında su altında tənəffüs etmədən 14 dəqiqə qalan lamantinlərə də rastlanmışdır. Astagəl canlılardır. Gün ərzində 2.6 km məsafə üzürlər[7]
Onların həyat dövrü quru və rütubətli mövsümlərə bölünür. Körpələr çaylarda daşqın zamanı, yağışlı mövsümdə doğulur. Bu zaman lamantinlər dayazlıqlarda olan tər bitkilərlə qidalana bilirlər. Araşdırmalar göstərir ki, Amazonun orta hövzəsində lamatinlər iyul-avqust ayları illik miqrasiyasını gerçəkləşdirirlər. Bu əsasən çayda suyun səviyyəsinin düşən dövrünə təsadüf edir. Bəzi quraq mövsüm (sentyabr-mart) ərzində onlar bir neçə həftə aclıq içərisində, böyük çayların axınına qayıdırlar. Bəziləri isə suyun düşməsi nəticəsində göllərdə təcrid vəziyyətində qalırlar. Sonuncular görünür 7 aya qədər ac qala bilirlər. Toplanmış piy ehtiyatı və qeryi-adi, zəif maddələr mübadiləsi onların quraq mövsümdə yaşamasını mümkümn edir[8]
Təbiətdə aparılan müşahidələr bu canlıların tək yaşadığını göstərir. Adətən tək və ya bala ilə ana müşahidə edilir, Ancaq otlama ətazilərində qruplar təşkil etməsi də mümkündür. Hazırda onların sayının azalması ilə əlaqədar olaraq qruplarda fərdlərin sayı 4–8 baş arasında dəyişir. 1980-ci ilin əvvəllərində Braziliyanın Lago Amana (2° 46 c.e., 64° 39 q.u.) laqununda sayı 500–1000 arası olan qruplara rastlanmışdır[3]
Çoxalması
redaktəYayıldığı bəzi ərazilərdə çütləşmə ilin istənilən vaxtı baş verə bilər (Ekvador). Digər ərazilərdə isə balaların doğulması dekabrdan iyula qədər davam edir[6]. Boğazlıq bir ilə qədər davam edir. Adətən bir bala doğur. Bala doğularkən 85–105 sm uzunluğa və 10–15 kq çəkiyə sahibn olur. Doğumlar arasındakı müddət iki ildir. Lamantinlərdə ana-bala arasındakı ittifaq ən uzun sürənidir.
Onların təbiətdə nəqədər yaşmaları dəqiq bilinmir. Qapalı şəraitdə saxlanılan lamantinlər isə 12.5 il yaşamışdır. Təbii düşmənləri yaquarlar və qara kaymanlardır.
Statusu
redaktəAmazon lamantinlərinin sayı dəqiq bilinmir. Uzun əsrlər boyu onlar Amazon ovalığında yayılmış aborigenlər bu canlıları ətinə və piyinə görə ovlamışlar. XIX əsrdə lamatin əti (mixira adı ilə) kommersiya əhəmiyyati daşımağa başlamışdır. Əti, piyi və dərisinə görə kütləvi ovlanmsına baxmayaraq 1942-ci ildə onlara Amazonun qolarında çoxlu miqdarda rastlamaq mümkün idi[9], Ancaq XX əsrin ikinci yarısından etibarən saylarında kütləvi azalma müşahidə edilir. Bu əsasən suların kimyavi tullantılarla kirlənməsi, balıq ovu zamanı tora ilişərən boğulması, çay gəmiləri ilə toqquşma, ətraf mühitin deqradasiyası və yem bazasının azaslması ilə əlaqədar idi[3].
1965-ci ildə lamantinlər qırmızı kitaba daxil edilmişdir. Hazırda bu növ Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası tərəfindən "həssas növlər" (Vulnerable)[10][11] siyahısına daxil edilmişdir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ 1 2 3 4 Husar, Sandra L. Trichechus inunguis. Mammalian Species, No. 72, pp. 1–4. Published 15 June 1977 by The American Society of Mammalogists.1 Arxivləşdirilib 2008-08-28 at the Wayback Machine
- ↑ Robert M. Timm, Luis Albuja V., Barbara L. Clauson. Ecology, Distribution, Harvest, and Conservation of the Amazonian Manatee Trichechus inunguis in Ecuador. Biotropica, Vol. 18, No. 2 (Jun., 1986), pp. 150–156 Absract
- ↑ Mondolfi, E. Taxonomy, distribution and status of the manatee in Venezuela. Mem. Soc. Cienc. Nat. La Salle, 34(97):5–23; 1974
- ↑ 1 2 Nowak, R. M. 1999. Walker’s Mammals of the World. 6th Ed. The Johns Hopkins Univ. Press, Baltimore.
- ↑ Eisenberg & Redford. Mammals of the Neotropics, Vol. 3 — The Central Neotropics (Ecuador, Peru, Bolivia, Brazil). Univ. of Chicago Press, Chicago, IL, USA. 1999.
- ↑ Robin C. Best. Apparent Dry-Season Fasting in Amazonian Manatees (Mammalia: Sirenia). Biotropica, Vol. 15, No. 1 (Mar., 1983), pp. 61–64. Absract
- ↑ Allen, G. M. Extinct and Vanishing Mammals of the Western Hemisphere (with the Marine Species of All the Oceans). American Committee for International Wildlife Protection. 1942.
- ↑ Sirenia Specialist Group (1996). Trichechus inunguis. Arxivləşdirilib 2008-08-08 at the Wayback Machine 2006. IUCN Red List of Threatened Species. Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası. Vulnerable (VU A1cd v2.3)
- ↑ Приложения к Конвенции Arxivləşdirilib 2007-02-03 at the Wayback Machine. Официальный сайт Конвенции CITES.
Xarici keçidlər
redaktə- Gorog, A. 1999. Trichechus inunguis (On-line), Animal Diversity Web. Accessed March 15, 2007 at Animal Diversity
- Trichechus inunguis на сайте Animal Info
- ARKive — images and movies of the Amazonian manatee (Trichechus inunguis) Arxivləşdirilib 2006-03-13 at the Wayback Machine
- Trichechus inunguis на сайте WWF