Always Bez - Wikipedia
Always_(bez) - Haqqında Məlumat
Always — Procter & Gamble şirkətinə daxil olan, 1983-cü ildə yaradılmış qadın baxımı və müdafiəsi üçün bezlər istehsal edən marka.
Always | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | qadın baxımı və müdafiəsi |
Təsis tarixi | 1983 |
Baş qərargahın yeri | ABŞ |
Struktur | |
Ana şirkət | Procter & Gamble |
www.always.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Always dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla satılır. Buna misal olaraq Yaponiya, Hindistan, Çin, Cənubi Koreya, Tayvan, Filippin, Tayland, İndoneziya və Avstraliyada Whisper, İtaliyada Lines Türkiyə də isə Orkid adı altında satılır. Digər adlarına misal kimi isə İspaniya və Portuqaliyada istifaəd edilən Evax və Ausonia adlarını göstərmək olar. Procter & Gamble Always markasını dünya səviyyəli marka olması yolunda ciddi addımlar ataraq, qadın sağlamlığı və təmizliyi sahəsində də keçirdiyi layihə və tədbirlərlə tez-tez gündəmə gəlir.