Altay Mir Bagirov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Altay Mir-Bağırov (4 oktyabr 1934, Bakı – 2011, Bakı) — Azərbaycan memarı.[1]
Altay Mir-Bağırov | |
---|---|
Altay Seyid Hüseyn oğlu Mir-Bağırov | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Validə Mir-Bağirova |
Uşaqları | Samirə Mir-Bağırzadə, Fəridə Mir-Bağırzadə |
Atası | Seyid Hüseyn Mir-Bağırov |
Anası | Sitarə Mir-Bağirova |
Həyatı
redaktəAltay Seyid Hüseyn oğlu Mir-Bağırov 4 oktyabr 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1941–1949 illərdə Bakı şəhəri Nizami rayonunun 201 saylı orta məktəbini əla qiymətlərlə bitirib, 1947–1949-cu illərdə Pionerlər sarayında təsviri sənət dərnəyində məşğul olmuşdur. O, 1949–1953-cü Bakı Neft texnikumunda Neft quyularının qazınması texniki ixtisas üzrə tam təhsil almışdır. Altay Mir-Bağırov 1953–1955-ci illərdə Stalinqrad (Volqoqrad) şəhərində Sovet Ordusu sıralarında xidmət göstərmiş və leytenant rütbəsi almışdır.[1]
Altay Mir-Bağırov 1956–1962-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Memarlıq fakültəsində oxumuş, "Çoxmərtəbəli ramplı qaraj" mövzususunda diplom işinini müvvəffəqiyyətlə müdafiə etmişdir. 1962–1963-cü illərdə Təyinat üzrə Novokuznetsk şəhərində "Sibir Promproekt" layihə institutunda memar vəzifəsində işləmişdir. O, 1963–1965-ci illərdə "Azərenerji" idarəsində tikinti sahəsində çalışmışdır. 1966-cı ildə SSRİ "Memarlar ittifaqınin" üzvü olmuşdur.
Altay Mir-Bağırov 1965-ci ildə Mir-Bağirova Validə Baladadaş qızı ilə ailə qurmuşdur.[1]
1965–2002-ci illərdə Moskva "Kurortlayihə" institutunun Azərbaycan şöbəsində memar, layihələrin baş memarı, memarlıq və tikinti emalatxanasının rəisi vəzifələrini icra etmişdir. 2002-ci ildən 2009-cu ilə qədər "Azərinşaatlayihə" institutunda memarlıq şöbəsində rəis vəzifəsində işləmişdir.[1]
21 noyabr 2011-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.
Layihələrinə əsasən tikilmiş bəzi binalar
redaktə- 1966-cı ildə Bakı şəhəri Novxanı qəsəbəsində "Sarı Qaya" adlı 2400 yerlik Pioner düşərgəsi (Altay Mir-Bağırov və Akif Qasımov Balad oğlu ilə birlikdə layihə işlənilib)
- 1966–1967 illərdə Qəbələ rayonunda 400 yerlik "Kafkaz" turbazası
- 1967–1980-ci illərdə Bakı şəhəri ASPS-in 400 yerlik "Təhsil kurs bazası" (Altay Mir-Bağırov və Akif Qasımov Balad oğlu ilə birlikdə layihə işlənilib)
- 1966–1970 illərdə Dağıstan AR Mahaçqala şəhərində "Manas"-da 700 yerlik "Çayka" istirahət evi,
- 1973–1975 illərdə Naftalan kurort şəhərində "50 sərnişinlik (aeroport) hava limanı" (Altay Mir-Bağırov və K. Səidov ilə birlikdə layihə işlənilib)
- 1974–1980 illərdə Türkmənistan Respublikasının Marı şəhərində "120 yerlik sanatoriya-profilaktoriya kompleksləri"
- 1975–1981 illərdə Türkmənistan Respublikasının Çarjoy şəhərində "120 yerlik sanatoriya-profilaktoriya kompleksləri"
- 1976–1980 illərdə Türkmənistan Respublikasının Taşauz şəhərində "120 yerlik sanatoriya-profilaktoriya kompleksləri"
- 1981-ci ildə Pirşağı qəsəbəsində "Veteran sanatoriyasında əyləncə oyun və yay kinoteatrı"
- 1981-ci ildə Pirşağı qəsəbəsində "Qızılqum sanatoriyası"nda 500 yerlik müalicə korpusu
- 1982–1983-cü illərdə Naftalan kurort şəhərində "Geran" sanatoriyası
- 1985-ci ildə Bakıda Respublika stadionun yanında Dövlət Təhlükəsizlik komitəsi üçün "120 yerlik ixtisaslaşdırilmış yataqxana"
- 1985-ci ildə Horadil qəsəbəsində genişləndirilmiş 360 yerlik "Rabitəçi" pioner düşərgəsi
- 1989–1993 illərdə Naftalan kurort şəhərində "kurort sanatoriyasının poliklinikası"
- 1998–2004 illərdə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə şəhərlərində, Zığ, Xırdalan, Əhmədli, Sabunçu, Günəşli qəsəbələrində, Yasamal, Nərimanov, Nizami, Əzizbəyov rayonlarında, Biləcəri və başqa yerlərdə "şəhid və əlil ailələri üçün 4 mərtəbəli, 3 seksiyalı, 36 mənzilli yaşayış bina"ları (36 yerdə təkrar tikilib)
- 2003–2004 illərdə Azərbaycan Respublikasının ayrı-ayrı regionlarında 15 yerdə "məktəb binaları"
- 2003–2004 illərdə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə şəhərlərində, Zığ, Xırdalan, Əhmədli, Sabunçu, Günəşli qəsəbələrində, Yasamal, Nərimanov, Nizami, Əzizbəyov rayonlarında, Biləcəri və başqa yerlərdə (36 yerdə təkrar tikilib), 3 bloklu, 4 mərtəbəli əlil və şəhid ailələri üçün yaşayış evi
- 2003–2004-cü llərdə Bakı şəhəri, Qutqaşenlı 79 küçəsində, 1-bloklu, 17-mərtəbəli, 12 maşın üçün qaraji və 2 səviyyəli mağazaları olan yaşayış binası
- 2003–2004-cü illərdə Xanlar rayonunun Çaykəndi kəndində "xəstəxana"
- 2004-cü ildə Yasamal rayonu "arxiv binasının yeməkxana və oxu zalı"
- 2005-ci ildə Nərimanov rayonu, 1938 məhəllə, Hidayyətzadə küçəsi. "Ofis-yaşayış binası"
- 2005-ci ildə Ziya Bunyadov prospektində "Relax" Mebel salonu
- 2006-cı ildə əlil və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış evi
- 2006-cı ildə Şəmkir rayonunda "İdman Olimpiya kompleksi",
- 2007-ci ildə Şəmkir rayonunda İdman Olimpiya Kompleksi üçün "Kottej — yaşayış evi"
- 2007-ci ildə Səlyan rayonunda çayxana, mehmanxana və şadlıq evi
- 2007-ci ildə Dağıstan AR Mahaçqala şəhərində "şəxsi hamam"-sauna
- 2007-ci ildə Cəlil Məmmədquluzadə 3-də Müdafiə Nazirliyinin Hərbi Hospitalı
- 2007-ci ildə Fövqəladə Hallar Nazirliyi üçün Biləcəri kazarmasında 500 nəfərlik yeməkxana
- 2008-ci ildə Fövqəladə Hallar Nazirliyi üçün Türkan, Lənkəran və Gəncə şəhərlərində adminisrtativ bina
- 2008-ci ildə Fövqəladə Hallar Nazirliyi üçün Türkan qəsəbəsində, Lənkəran və Gəncə şəhərlərində əsgər-növbətçi üçün müşahidə qülləsi
- 2008-ci ildə Fövqəladə Hallar Nazirliyi üçün Türkan qəsəbəsində xüsusi təyinatlı əsgərlər üçün yataq korpusu,
- 2008-ci ildə Fövqəladə Hallar Nazirliyi üçün Lənkəran şəhəri və Türkan qəsəbəsində Hərbi ştab
- 2008–2009-cu illərdə Dənizkanarı bulvarın – Zığ, Bibiheybət, Bayıl və Şıxov daxil olmaqla yeni tikintisinin eskiz layihəsi
- 2008–2009-cu ildə "Şəhid və əlil ailələri üçün 4 mərtəbəli 36 mənzilli yaşayış evi" (yeni variantda)
- 2008–2009-cu illərdə Əlil və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış evləri yeni variantda Azərbaycan və onun rayonlarda tikilmişdir.[1]
Yaratdığı layihələr haqqında məqalələr
redaktəRus dilində:
- 1. А.П.Ахундов. По проектам молодого коллектива. Газета"Строитель",14 октября 1967 года.
- 2. В.Григорьев. Замысел-проект-стройка. "Баку-вечерняя газета",13 октября 1966 года.
- 3. В.Яшин. Проектируются курорты. Газета "Вышка", 17 декабря 1966 года.
- 4. И. Рыдлев, Р. Нурыева "Санаторий Фараб". Буклет. Изд-во Туркменистан,1987.
- 5. К. Саидов. Азербайжданский Артек. Газета "Строитель", 22 февраля 1967 года.
- 6. Л.Гликштейн. Артек на Каспии. Газета "Бакинский рабочий", 25 января 1967 года.
- 7. Л.Гликштейн. Десять этажей стекла и бетона. Газета "Бакинский рабочий", 21 января 1967 года.
- 8. Мир-Багирзаде Ф.А. Зодчество нового времени. Газета Элм, 2004.
- 9. Мир-Багирзаде Ф.А. Высотное строительство в Баку. Газета Элм,2007.
- 10. Эфендизаде Р. М.Архитектура Советского Азербайджана. М.,1986, стр.222
- 11. Шамиль Фатуллаев-Фигаров. Новая эра градостроительства. Памяти apхитектоpa Алтая Миp-Багиpова. Газета "Зеркало". № 98, 1 июня 2013 года.
- 12. Мир-Багирзаде Ф.А. Творчество архитектора Азербайджана Алтая Сеид Гусейн оглы Мир-Багирова. Издательство "Аддым". Баку, 2008. 187 стр.
Azərbaycan dilində:
- 13. Mir-Bağırzadə F. A. Memar Altay Seyid Hüseyn oğlu. "Qobustan" jurnalı, № 2, 2003.
- 14. Mir-Bağırzadə F. A. Memar Altay Seyid Hüseyn oğlu. "Qobustan" jurnalı, № 2, 2003
- 15. M. İmanov, S. Amirova. Xəzər sahilində yeni istirahət ocaqları. Elm və həyat, № 8, 1969.
- 16. Respublikada tikintilərə "Azərinşaatlayihə" öz möhürünü vurur. "Made in Azerbajcan", 2004.
- 17. Zərbalı Mirzə. Bakılı oğlanlar. “İnşaatçı” qəzeti, № 06 (5049), 27 iyul 2006.
İngilis dilində:
- 18. Farida Mir-Bagirzadeh. Creativity of the architect of Azerbaijan, Altai Said Mir-Bagirov. Azərbaycan Milli Elmlər Akademiyası. Elm və Həyat. Elmi-populyar jurnal. Baki, № 1, 2016. Səh. 84–87.
İrsi Azərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri Arxivində
redaktəAzərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri Arxivində Azərbaycan memarı Altay Səid Hüseyn oğlu Mir-Bağırova həsr olunmuş 162 №-li şəxsi fondu açılmışdır. Altay Mir-Bağırovun sənədlərinin şəxsi Arxivi fondunda Azərbaycan və keçmiş SSRİ məkanında 1965–2009-cu illəri əhatə edən layihələri elmi-texniki ekspertizadan keçirilmiş, onun fəaliyyətinin tarixi əhəmiyyəti nəzərə alınaraq, Arxivin zəngin və qiymətli materiallarının fonduna daxil edilmişdir.[2]
Sənədlər aşağıdakı şəkildə sistemləşdirilmişdir:
- 1. Fondda memar haqqında ön söz
- 2. Yaradıcılıq materialları. Memar A. Mir-Bağırovun müəllifliyi və iştirakı ilə işlənmiş layihədə, obyektlərə aid materiallar
- 3. Bioqrafik materiallar. Memar A. Mir-Bağırovun bioqrafiyası, əmək fəaliyyəti və yubileylərinə aid materiallar.
- 4. Memar A. Mir-Bağırov barədə materiallar, kitab-qəzet, jurnal məqalələri, bioqrafik-xronoloji və siyahı
- 5. Memar A. Mir-Bağırovun şəxsi fotoşəkilləri və layihələri ilə əlaqədar fotoşəkilləri
- 6. Memar A. Mir-Bağırovun marağına uyğun materiallar.
Fondda müəllifin əsərlərinin 188 (yüz səksən səkkiz) saxlama vahidi daxil edilib.[2]
Tərtib edən: Azərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri Arxivinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin aparıcı arxivçisi: O. A. Əliyeva
Təsdiq edən: Azərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri Arxivinin direktoru: Ş. Q. Haşimov.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Fəridə Mir-Bağırzadə. Azərbaycan memarı Altay Seyid Hüsseyn oğlu Mir-Bağırovun yaradıcılığı. Bakı, 2008.
- ↑ 1 2 "Афет ИСЛАМ. Миссия зодчего Госархив пополнился новыми документами". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.