Alqis Hesenoglu - Wikipedia
Alqış Həsən oğlu Musayev (1969, Nüvədi, Meğri rayonu) — filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı.
Alqış Həsənoğlu | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1969 |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | jurnalist |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
Həyatı
redaktə1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiya olunması nəticəsində 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalıb.
1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Filologiya üzrə fəlsəfə doktorudur. Evlidir, iki oğlu, bir qızı var.[mənbə göstərin]
Siyasi-ictimai fəaliyyəti
redaktə1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997–2008-ci illərdə bu qəzetin baş redaktoru olub. 2021-ci ildə yenidən həmin qəzetin baş redaktoru təyin olunmuşdur.
Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib.
I, II, III qurultaylarda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib.
Təltif və mükafatları
redaktəİstinadlar
redaktə- ↑ İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-06-29 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
- ↑ Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı