Alman Milli Surasi - Wikipedia
Alman Milli Şurası — Azərbaycandakı alman koloniyalarının mənafeyini müdafiə etmək məqsədilə fəaliyyət göstərmiş qurum. 1918-ci il noyabrın 19-da yaradılmışdı. Şura, ilk növbədə, almanların Azərbaycandakı əmlakının qorunması məsələləri ilə məşğul olurdu. Sayları az olduğundan seçki senzinə uyğun gəlməmələrinə baxramayaraq, milli təmsilçilik prinsipinə uyğun olaraq Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli qərarı ilə alman əhalisindən də bir nümayəndəni Parlamentin tərkibinə daxil etmək və onun seçimini alman milli təşkilatlarına həvalə etmək nəzərdə tutulmuşdu. Azərbaycan Parlamentində mill azlıqların nümayəndələri üçün ayrılmış 4 yerdən birini alman azlığının nümayəndəsi mandatını Yelenendorfdan (indiki Göygöl) olan deputat Lorens Yakov Kun aldı. Onun Parlamentdəki, xüsusilə aqrar komissiyasındakı işi, əsasən alman koloniyalarının mənafelərinin müdafiəsinə yönəlmişdi.[1]
Lorens Kunun parlamentdə çıxışı
redaktə10 dekabr 1918-ci ildə parlamentdə Azərbaycandakı almanlar adından çıxış edən Lorens Kun qeyd edir ki:
100 il ərzində almanlar və azərbaycanlılar arasında ən səmimi qonşuluq əlaqələri heç vaxt pozulmamışdır. ADR almanları sakitcə gələcəyə baxır, öz milli mənsubiyyətlərinin qorunacağına və sakit iş həyatına davam edəcəklərinə ümidlidirlər və müstəqil Azərbaycanın xeyrinə çalışacaqlar.[2] |
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı 2004. s. 129
- ↑ Рауф А. ГУСЕЙН-ЗАДЕ. "Немцы Азербайджана" (PDF) (25). IRS Наследие. 2007. ISSN 1992-4836.