Alman Akademik Mubadile Xidmeti - Wikipedia
Alman Akademik Mübadilə Xidməti - (almanca: Der Deutsche Akademische Austauschdienst e. V. (DAAD)) beynəlxalq aləmdə alman ali məktəbləri və tələbə qurumlarının əlaqələrinə xidmət edən təşkilatdır. 1 Yanvar 1925-ci ildə bir qrup tələbənin təşəbbüsü ilə Haydelberq şəhərində "Akademik Mübadilə Xidməti" adı altında yaradılmışdır. Elə həmin ildəcə onun mərkəzi Berlin şəhərinə köçürülür. 1933-cü ildə Nasional Sosialistlərin təkidi ilə təşkilat fəaliyyətini dayandırır. 1943-cü ildə onun şəhər qəsrində yerləşən bürosu bombardman nəticəsində dağıdılır. 5 avqust 1950-ci ildə Bonn şəhərində bu təşkilat "Alman Akademik Mübadilə Xidməti"altında yenidən qurulur. 2012-ci ildən onun prezidenti Marqret Vintermanteldir.
Məqsədi
redaktəDAAD verdiyi məlumata görə tələbə və elmi işçilərin mübadiləsini həyata keçirən ən böyük fond sayılır. O yarandığı gündən, 1925-ci ildən bu günə kimi 1,9 milyon insana həm ölkə daxili, həm də xaricdə stipendiyalarla yardım etmişdir (2003-cü ildəki məlumat).
Onun fəaliyyəti tək stipendiya verməklə bitmir. DAAD alman ali məktəblərinin beynəlmiləlçiliyinin təbliğinə böyük önəm verir, xaricdə alman dilinin yayılmasına çalışır, üçünü dünya dövlətlərinin təhsil sisteminin yaradılması və inkişafına yardım edir və bir çox təşkilatlara mədəniyyət, təhsil və quruculuq siyasətləri ilə bağlı məsləhətlər verir.
2013-cü ildə DAAD 240 proqram çərçivəsində dünya boyu 120000 alman və əcnəbi gənclərə yardım etmişdir. Buraya gənc tələbələrin qısa müddətli praktikalarından tutmuş doktoranturda təhsili, qonaq dosentura və xaricdə ali məktəb quruculuğu kimi işlər də daxil idi. Alman ali məktəblərinin xarici fəaliyyəti DAAD daxilində marketin işləri, publikasiyalar, tədbirləri və ixtisartırma işlərini əhatə edir. DAAD stipendiyaları adətən alman səfirliyi və ya DAAD xarici büroları tərəfindən həyata keçirilir. DAAD həmçinin Avropa Birliyinin Erasmus proqramının koordinatorudur.
Maliyyələşdirilməsi
redaktəDAAD əsasən ictimai mənbələrdən, eləcə də şəxsi və donor təşkilatlardan maliyyələşdirilir (Mənbə: 2016):
- Xarici işlər nazirliyi: 186,7 milyon €,
- Təhsil və Tədqiqat nazirliyi: 126,9 milyon €,
- İqtisadi birgə işləmək və inkişaf nazirliyi: 50,7 milyon €,
- Avropa birliyi: 102 milyon €,
- Digərləri: 34 milyon €.
Fondun ümumi büdcəsi 2016-cı il üçün: 500,3 milyon € idi.
Orqanları
redaktəPrezident təşkilatın təmsilçisidir. DAAD-nin idarə heyətinə prezident və vitse prezidentdən əlavə 9 ali məktəb təmsilçisi, 4 nəfər tələbə təşkilatlarının nümayəndələri, həmçinin alman elmi fondunun bir nümayəndəsi daxildir. İdarə heyəti üzvlərin illik yığıncağında seçilirlər. Burada tələbələrin səsi önəmlidir. Ali məktəblərin nümayəndələri hər 4 ildən bir, tələbələr isə 2 ildən bir seçilirlər. DAAd həmçinin Aleksandr fon Humboldt Fondu, Göte institutu, rektorlar birliyi, mədəniyyət nazirləri birliyi ilə əməkdaşlıq edir.
Üzvlərin yığıncağı ildə bir dəfə təşkil olunur.
Adları | İşlədikləri müddət | |
---|---|---|
ildən | ilə | |
Alfred Weber | 1925 | 1925 |
Viktor Bruns | 1925 | 1931 |
Theodor Lewald | 1931 | 1933 |
Ewald von Massow | 1933 | 1942 |
Gustav Adolf Scheel | 1942 | 1945 |
Theodor Klauser | 1950 | 1954 |
Werner Richter | 1954 | 1959 |
Emil Lehnartz | 1960 | 1968 |
Gerhard Kielwein | 1968 | 1972 |
Hansgerd Schulte | 1972 | 1987 |
Theodor Berchem | 1988 | 2007 |
Stefan Hormuth | 2008 | 2010 |
Sabine Kunst | 2010 | 2011 |
Margret Vintermantel | 2012 | indiyə qədər |
Xarici ofisləri
redaktəDAAD 15 xarici bürosu və 56 informasiya mərkəzi ilə 60-dan çox ölkədə yerindəcə qarşısına qoyduğu məqsədlərini reallaşıdrmaq üçün çox güclü bir şəbəkəyə malikdir. İlk xarici bürosu 1927-ci ildə Londonda, sonuncu is 2007-ci ildə Brüsseldə yaradılmışdır.
Xarici bürolar:
- DAAD-bürosu London (1927),
- DAAD-bürosu Qahirə (1960),
- DAAD-bürosu Dehli (1960),
- DAAD-bürosu Paris (1963),
- DAAD-bürosu Nyu-York (1971),
- DAAD-bürosu Rio de Janeiro (1972),
- DAAD-bürosu Moskva (1973),
- DAAD-bürosu Nayrobi (1973),
- DAAD-bürosu Tokio (1978),
- DAAD-bürosu Cakarta (1990)
- DAAD-bürosu Pekin (1994),
- DAAD-bürosu Varşava (1997),
- DAAD-bürosu Meksiko (2001),
- DAAD-bürosu Hanoy (2003),
- DAAD-bürosu Brüssel (2007).
DAAD-nin Azərbaycandakı fəaliyyəti
redaktəAzərbaycan müstəqillik qazandıqdan sonra DAAD Azərbaycanda 1997-ci ildən yerli lektorluq kimi fəaliyyət göstərməyə başlamış və 2004-cü ildən Bakı İnformasiya Mərkəzi olaraq DAAD dünya şəbəkəsinə daxil olmuşdur. Onun bürosu ADNSU-nun əsas binasında yerləşir.
DAAD Bakı İnformasiya Mərkəzinin əsas fəliyyıti aşağıdakı sahələri əhatə edir:
- Azərbaycan və Almaniya ali məktəbləri arasında əməkdaşlıq.
- Almaniyanın ali təhsil sistemi və tədqiqat mühiti haqqında dolğun informasiyanın təbliği .
- Almaniyada təqaüdlü təhsil imkanları, DAAD təqaüdləri barədə məlumatların yayılması.
- DAAD təqaüdlərinə sənəd qəbulu.
- TestDaF, onSET və TestAS mərkəzi.
İnformasiya mərkəzi il ərzində alman dilli tələbələr və müəllimlər üçün müxtəlif mövzularda seminarlar və yay məktəbləri təşkil edir. Azərbaycanda ali məktəbləri, sərgilərin də təmsil olunduğu təhsil və tədqiqat mərkəzlərində məlumat tədbirləri keçirir, həmçinin sabiq DAAD təqaüdçüləri ilə əməkdaşlıq edir.
Azərbaycan müstəqillik qazandıqdan sonra onlarca azərbaycanlı gənc tələbə və elmi işçi kimi bu təşkilatın köməkliyi ilə qısa və uzunmüddətli Almaniyada olaraq dünya təhsilinə və elminə çıxış əldə etmişdilər. Onlardan bir çoxu Almaniyada qalaraq təhsillərini davam etdirmiş, oradakı ali məktəblərdə, eləcə də sənayenin müxtəlif sahələrində çalışırlar. İlk azərbaycanlı kimi AzTU-nun professoru Vaqif Mövla-zadə 1971-ci ildə Almaniyada bir illik elmi staj keçmişdir.