Almaliq Kelbecer - Wikipedia
Almalıq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd.[2]
Almalıq | |
---|---|
40°05′38″ şm. e. 46°14′32″ ş. u.HGYO | |
Ölkə | |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.498 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci il noyabrın 25-də işğaldan azad olunmuşdur.
Toponimikası
redaktəAlmalıq kəndi Tutqunçayın sahilində, Laçın dağının (Kiçik Qafqaz) ətəyindədir. Kəndin ərazisi XIX əsrin ortalarında sarallı tayfasına mənsub səkkiz evdən ibarət elatın qışlaq yeri olmuşdur. Qışlaq cır alma ağacları olan ərazidə yerləşdiyi üçün belə adlandırılmışdır. 1934–1940-cı illərdə yaxınlıqdakı Otaqlar, Gözlübulaq, Ortakənd və Çayqışlaq kəndlərindən köçmələrin bu ərazidə məskunlaşması ilə Almalıq kəndi yaranmışdır. Almalıq "alma ağacları ilə zəngin olan yer; alma bağı" deməkdir. Quba r-nunun Davudoba və Hacıqaib kəndlərində Almalıq adlı iki sahə, Yardımlı r-nunun Vəlixanlı kəndində Almalıq adlı yer qeydə alınmışdır. Almalıq adına Muq dağından tapılmış VIII əsrin əvvəllərinə aid sənədlərdə rast gəlmək olar. Orta əsrlərdə Türkmənistan ərazisində bir neçə Almalık toponimi qeydə alınmışdır. Özbəkistanın Daşkənd vilayətində Almalıq adlı şəhər, Dağıstanda Almalıq kəndi, Almalıqçay adlı çay var.[3]
Digər bir yerli məlumata görə- kəndin sakinləri əvvəlki dövrlərdə kəndin "Gözlü bulaq>> və <<Otaqlaɾ" adlanan ərazilərində yaşayıblar. Sonralar kənd sakinləri hər tərəfdən alma ağacları ilə bol olan meşə örtüyü ilə əhatə olunan ərazidə məskunlaşıb və həmin ərazini də Almalıq adlandırıblar.[4]
Yaylaqlar
redaktəQaratellər yurdu, İsrafilin yurdu, Yəhər yurd, Nəsir bəyin yurdu, Paşanın yurdu, Taplar yurdu, Hərizəqaya yurdu, Oyuq yurdu, Göyqum yurdu.
Bulaqlar
redaktəNovlu bulaq, Qoşa bulaqlar, Pırpır bulaq, Qırmızı bulaq, Şırşır bulaq, Mirzəxanın bulağı, Qaçaq Nəbinin bulağı, Pir bulağı.
Məşhur yerlər
redaktəQarasu, Gözlü bulaq suyu(çay), Çayqışlaq, Arıxana, Cəbrayılın düzü, Türbəndənin dəyirmanının düzü, Uzunyal, Darın dərəsi, Qaraqaya, Dimdikqaya, Çirişli dağı, Usubun yeri, Sultanın dəyirmanı, Təkağaç, Böyüksu, Kəkli daş, Uzunburun, Qaranın düzü, Qumlugüney, Baldırğanlıdərə, Qətlağacı, Rustökülən, Ardışlı, İldırımvuran qaya, Qurugöl, Sultanın baxacağı, Salmanın yurdu, Oyuq, Gölübulaq, Qaranlıqdərə, Gölyeri, Qamışlı, Məmmədin darı, Çuxuryurd̟, Küləşlər, Laçınqaya, Rəhimin düzü, Davaolan, Arxacyeri, Otaqlar, Arpayeri, Öküzuçan, Dərəyeri, Donuz damı.[5]
Binələr-Qışlaqlar
redaktəOtaqlar binəsi, Gözlü bulaq binəsi.
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
Şəkillər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ http://census.stat-nkr.am/nkr/1-1.pdf.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
- ↑ Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr