Allantois - Wikipedia
Allantois - Haqqında Məlumat
Allantois | |
---|---|
Yunanca | allantoeides |
Qrey | subyekt 12 54 |
Gün | 16 |
Embrional | Yumurta sarısı kisəsi |
Embrioloji | Göbək ciyəsi |
MeSH | Allantois |
Dorlands/Elsevier | 12121253 |
Allantois (yun. allantoeides — kolbasaşəkilli) — sürünənlər, quşlar və məməlilərdə rüşeym qişalarından biri.
Tənəffüs, qidalanma və ifrazat funksiyalarını icra edir. Sürünənlər və quşlarda yumurta sarısı kisəsi və amnionla birlikdə rüşeymi bürüyür. Məməlilərdə kiçik olur, plasenta və göbək ciyəsinin əmələ gəlməsində iştirak edir. Allantoisin divarındakı sıx qan damarları vasitəsilə rüşeymlə ana orqanizm arasında qaz mübadiləsi gedir, rüşeymlə ana orqanizm əlaqələnir.