Alev Alatli - Wikipedia
Alev Alatlı (16 sentyabr 1944, Menəmən, İzmir ili – 2 fevral 2024[1], İstanbul) – Türkiyə yazıçısı.
Alev Alatlı | |
---|---|
türk. Alev Alatlı | |
Doğum tarixi | 16 sentyabr 1944 |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 2024[1] (79 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı, filosof, tərcüməçi, jurnalist, felyetonçu[d] |
alevalatli.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1944-cü ildə Fürüzan və Ərtuğrul Alatlının qızı olaraq İzmirin Menemen ilçəsində anadan olmuşdur.[2] Atası zabitdir. İbtidai məktəbi Anakara Memar Kemal İbtidai Məktəbində başlamış, bir müddət Karakösədə oxuduqdan sonra Ərzurum Mədəniyyət Qurumu İbtidai Məktəbindən məzun olmuşdur. Anakara Namıq Kəmal Orta Məktəbini bitirdikdən atasının Yaponiyaya hərbi ateşe kimi təyin olunmasına görə liseyi Tokio şəhərindəki Yaponiya Amerika Məktəbində oxumuşdur. Burada ingilis və yapon dillərini öyrənmişdir.[2]
Orta Şərq Texniki Universitetinin statistika fakültəsinə daxil olmuş və 1963-cü ildə məzun olmuşdur. "Fullbright" təqaüdü ilə ABŞ-yə gedərək orada Vanderbilt Universitetində rifah iqtisadiyyatı və ekonometriya üzrə magistr təhsili almışdır və 1965-ci ildə universitetdən məzun olmuşdur. Daha sonra iqtisadiyyatı buraxaraq Nyu-Hempşirdə yerləşən Dartmut Kollecində fəlsəfə üzrə təhsil almış və düşüncə tarixi, ilahiyyat biliklərinə yiyələnmişdir (1968). Təhsili zamanı alman və rus dillərini də öyrənmişdir.[2]
Beş il müddətində səmavi dinlər və İslam araşdırmaları aparmışdır. Apardığı araşdırmalarla əlaqədar olaraq iki dəfə Qahirədə yerləşən Əl-Əzhər Universitetinə getmişdir. Türkiyəyə qayıtdıqdan sonra 1970-72-ci illərdə İstanbul Universitetində iqtisadiyyat fakültəsində dərslər vermişdir. Yenidən ABŞ-yə qayıdaraq Kaliforniya Universitetində araşdırmalar aparmışdır. Universitetin 1972-74-cü illərdə müxtəlif ölkələrdə apardığı psixo-dil elm layihəsinin İstanbul şöbəsinə nəzarət etmişdir. 1981-84-ci illərdə "Cumhuriyet" qəzeti ilə birlikdə "Bizim English" adlı ingiliscə təhsil jurnalı yayımlamışdır. 1984-cü ildən etibarən yazıçılıqla məşğul olmağa başlamışdır.[2]
Fələstin problemi ilə bağlı apardığı araşdırmalara görə 1986-cı ildə Yasir Ərəfat tərəfindən "Azadlıq medalı"na layiq görülmüşdür.[2]
1987-ci ildə yazdığı "İşgəncəçi" romanına görə Türkiyə Yazıçılar Birliyinin mükafatını qazanmışdır. "Qoqolun izində" seriyasının ilk iki romanı rus dilinə də tərcümə olunmuşdur. Sözügedən iki romana görə 2006-cı ildə Mixail Şoloxov 100-cü il Ədəbiyyat Mükafatını qazanmışdır.[2]
Əsərləri
redaktəRomanlar
redaktə- Yasəmənlər hələ də havalanarmı (1985)
- İşgəncəçi (1986)
- Yaşasın Ölüm (1992)
- Vallah qurda yedirdin məni (1993)
- Qismətə qarşı dur AŞ (1994)
- Şrödingerin pişiyi Kabus (1999)
- Şrödingerin pişiyi Yuxu (2001)
- İşıqlanma yox, mərhəmət (2004)
- Dünya növbəsi (2005)
- Eyy Uhnem Eyy Uhnem (2008)
- Ağ türklər küsdülər (2013)
İstinadlar
redaktə- ↑ 1 2 Alev Alatlı yaşamını yitirdi - Sözcü Gazetesi (türk.). 2024.
- ↑ 1 2 3 4 5 6 "Alev Alatlı". Türk Edebiyyatı İsimler Sözlüğü (türkcə). 2021-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2021.