Aleksandr Tarasov - Wikipedia
Aleksandr Nikolayeviç Tarasov (Rusca: Алекса́ндр Никола́евич Тара́сов; 8 mart 1958, Moskva) — sovet və rus sosioloqu, politoloqu və sol məsləkli kulturoloqu, publisisti, yazıçısı, filosofu. XXI əsrin başlanğıcına kimi İ. Mesaroşla eyni sırada və “Praksis” qrupuna mənsub olan və sonradan Londona emiqrasiya etmiş yuqoslav marksist-filosoflarla yanaşı özünü postmarksistlərə aid edirdi[1][2]. Ancaq XXI əsrdə “postmarksizm” termininin E. Laklau, Ş. Muff və onların davamçıları tərəfindən mənimsənilməsi ilə əlaqədar olaraq, A. Tarasov (eynilə, Mesaroş və qeyd edilən yuqaslav filosofları kimi) özünü bu cür adlandırmaqdan əl çəkdi[3].
Aleksandr Tarasov | |
---|---|
Aleksandr Nikolayeviç Tarasov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 mart 1958 (66 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ, Rusiya |
Fəaliyyəti | sosioloq, politoloq, kulturoloq və filosof |
Dini | Yoxdur (ateist) |
Elmi fəaliyyəti | |
Elm sahəsi | sosiologiya |
saint-juste.narod.ru |
Erkən siyasi fəaliyyəti
redaktəDekabr 1972 – yanvar 1973-cü ildə Tarasov Vasili Minorski ilə "Yeni Kommunistlər Partiyası" (YKP) adlı gizli solradikal qrup yaratdı və 1973-cü ilin yayında onun qeyri-rəsmi lideri oldu. 1974-cü ildə YKP “Sol məktəb” adlı başqa bir gizli solradikal qrupla birləşdikdən sonra birləşmiş təşkilat “Sovet İttifaqı Neokommunist Partiyası” (SİNKP) adını aldı və Tarasov onun rəhbərlərindən biri oldu. Partiyanın nəzəriyyəçisi idi, SİNKP-nın "Neokommunizmin prinsipləri" (1974) adlı proqram sənədi Tarasov tərəfindən yazılıb[4][5][6][7].
1975-ci ildə DTK tərəfindən həbs olunub, SİNKP-nın işi məhkəməyə qədər gedib çıxmadığı üçün ilkin həbsdən və birillik xüsusi ruhi xəstəxanada qaldıqdan sonra azadlığa buraxılıb. Xüsusi ruhi xəstəxanada qəddar rəftara və de-fakto işgəncələrə (döyülmə, EKT, insulin komaları, böyük dozalarda neyroleptik inyeksiyalar) məruz qalmışdır, nəticədə azadlığa ağır somatik xəstəliklərlə (hipertonik xəstəlik, ankilozlaşan spondiloartrit, böyrək və mədəaltı vəzi xəstəliyi), mahiyyətcə əlil kimi çıxdı[4][8][9]. Sərbəst buraxıldıqdan sonra SİNKP-nın bərpa edilməsində iştirak edib, 1985-ci ilin yanvarında onun ləğvinə qədər təşkilatın rəhbərlərindən biri olub[5][7]. 1988-ci ildə iki dövlət psixiatriya komissiyası tərəfindən müayinə olunub və tamamilə ruhi sağlam qəbul edilib[9].
Peşəkar fəaliyyəti
redaktəBir çox sənət dəyişib: çertyojçu, (METTKLİ) layihə institutunda laborant, Vaqankov qəbiristanında gözətçi, maşinist, qazanxana avadanlığının təmiri üzrə çilingər, kitabxanaçı, redaktor, feldşer, qaz qazanxanasında operator, Moskva ət kombinatının mərkəzi bazasında mühasib, “Ermitaj” teatrında işıqçı, REA-nın nəzdində elmi analiz mərkəzində elmi əməkdaş, ali məktəbdə müəllim, Rusiya Federasiyası elm və təhsil nazirliyində məsləhətçi, qəzetdə siyasiicmalçı, “Panorama” informasiya-tədqiqat mərkəzində və insan haqları üzrə Moskva bürosunda ekspert və s. olub. Ali iqtisadi (ÜQMİİ) və tarixi (MDPU, daha sonra MDU)ntəhsil alıb, yenidənqurmanın başlama şəraiti ilə əlaqədar olaraq tezliklə sosioloq və politoloq kimi ixtisaslaşıb[7][10]..
İctimai fəaliyyəti
redaktəƏdəbi nəşr fəaliyyəti
redaktə1992-ci ildən yazıçı (nasir və şair) kimi, 1997-ci ildən tərcüməçi (ingilis və ispan dillərindən) kimi çıxış edir. "Xalqlar dostluğu" jurnalının 2000-ci il üçün[11], "Gənclik)" jurnalının 2001 və "Oktyabr" jurnalının 2011-ci il üçün mükafatı laureatıdır[12][13][14][15]..
2002-ci ildə ""Ç" çağı. Müasir dünya antiburjua düşüncəsi" (“Qileya” nəşriyyatı); 2005-ci ildə "Klassenkampf" (Boris Kaqarlitski ilə ortredaktorluqla, "Ultra.Mədəniyyət" nəşriyyatı) kitab seriyasının; 2006-ci ildə "İnqilabların qızıl gülü" ("Mədəni İnqilab" nəşriyyatı) kitab seriyasının banilərindən, tərtibatçılarından və elmi redaktorlarından biri olub.
Seriyalarda müasir sol ictimai-siyasi ədəbiyyat (əsasən xarici) nəşr olunurdu. Bu seriyaların hüdudlarından kənarda Tarasov məşhur sol düşüncənin nümayəndələrinin, əsasən Lev Trotskinin, Alen Badyunun, Kornelius Kastoriadisın əsərlərinin elmi redaktoru və şərhçisi kimi çıxış edir.
Əsərləri
redaktə- "Provakasiya" (1993)
- "Provakasiya- 1994-cü ildən post skriptum" (1994)
- "Qeyri-ciddi inqilab" (1995)
- "İks ölkəsi" (2006)
İstinadlar
redaktə- ↑ Полемика с Александром Шубиным Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine // Тарасов А. Н. Революция не всерьёз. Штудии по теории и истории квазиреволюционных движений. — Екатеринбург: Ультра.Культура, 2005. — С. 257. — ISBN 5-9681-0067-2
- ↑ "Сакральная функция революционного субъекта. Встреча в Византийском клубе 20 апреля 2001 года. Интервью Аркадия Малера с Александром Тарасовым". 2013-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-19.
- ↑ Паульман В. Ф. Танцы вокруг парового котла Arxivləşdirilib 2020-07-04 at the Wayback Machine // lit.lib.ru
- ↑ 1 2 Fäldin H. Neokommunistiska partiet. Okänd sida av Sovjetunionens vänster oppositions historiens // Medborgaren. № 12.
- ↑ 1 2 Roßbach K. Kontrkulttuuri Neuvostoliittossa: hippien ja neokommunistien välillä // Sosiaalinen arkkisto. № 1.
- ↑ Asenbaum H. Viele Dritte Wege. Alternative Demokratiekonzepte der russischen Informellenbewegung in den Perestroika-Jahren // Momentum Quarterly . 1. № 4. 2012.
- ↑ 1 2 3 Лачин. "Король двух гетто". 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-24.
- ↑ Erlich R. Soviet Dissidents. Gone with the wind of change // Chicago Tribune. 11.11.2001.
- ↑ 1 2 Тарасов А. Н. Возвращение на Лубянку: 1977-й // Неприкосновенный запас. № 2. 2007.
- ↑ "Тарасов Александр Николаевич". Agentura.ru. 2015-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
- ↑ "Radio Liberty — Culture News. 1 февраля 2001". 2014-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-05.
- ↑ "Журнал "Октябрь" выбрал лучшие публикации 2011 года". МК. 19 декабря 2011. 2011-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
- ↑ "Журнал "Октябрь" выбрал лучшие публикации 2011 года". Lenta.ru. 19 декабря 2011. 2012-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-27.
- ↑ "Литературный журнал «Октябрь» вручил премии за лучшие публикации 2011-го года". Новости литературы. 21 декабря 2011. İstifadə tarixi: 2011-12-27.[ölü keçid]
- ↑ Зайцев П. ""Октябрь" в декабре". Российская газета. 22 декабря 2011. 2014-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-30.