Aleksandr Qorcakov - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Aleksandr Mixailoviç Qorçakov (4 (15) iyun 1798 və ya 16 iyul 1798[1], Hааpsаlu, Lyaenеmаа[2] – 27 fevral (11 mart) 1883 və ya 11 mart 1883[1], Baden-Baden, Baden knyazlığı[d][2]) – diplomat, vitse-kansler, xarici işlər naziri, Kökü Ryurkidən başlayan Qorçakovların knyaz nəsli Çerniqovsk knyazlarının bir qolu olmuşdur. Qorçakovun adı rus diplomatiya tarixinə qızıl hərflərlə yazılmışdır.
Aleksandr Qorçakov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 (15) iyun 1798 və ya 16 iyul 1798[1] |
Doğum yeri | |
Vəfat tarixi | 27 fevral (11 mart) 1883 (84 yaşında) və ya 11 mart 1883[1] (84 yaşında) |
Vəfat yeri |
|
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAleksandr Qorçakov 4 iyun 1798-ci ildə Haapsaluda hərbçi ailəsində anadan olmuşdur. Onun atası general-mayor Mixail Alekseyeviç Qorçakov işi ilə əlaqədar olaraq tez-tez müxtəlif şəhərlərə gedirdi. Ona görə də ailəsi gah Haapsalu, gah Revel, gah da Peterburqda yaşamalı olurdu. Anası Elena Vasilyevna Ferzen uşaqların tərbiyəsi ilə məşğul olurdu. Onların 5 övladı var idi;4 qız, 1 oğlan Qorçakov ilk təhsilini evdə almış, daha sonra Peterburqda gimnaziyanı bitirmişdir. 1811-ci ildə o qəbul imtahanlarından uğurla keçmiş və Çar-kənd məktəbinə daxil olmuşdur. Burada o Puşkinlə eyni sinifdə oxumuşdur. Hələ o zaman Puşkin ona bir şeir həsr etmişdir. Litseydə Qorçakov "Frant" ləqəbini qazandı. Burada 6 il oxuduqdan sonra o litseyi qızıl medalla bitirdi və elmin bütün sahələrini mükəmməl öyrəndi. 19 yaşlı gənc knyaz diplomatik fəaliyyətə Xarici İşlər Nazirliyinin Dəftərxanasında başlayır və fəxri adlar üzrə müşavir vəzifəsində çalışır. Onun ilk müəllimi və hamisi Şərq və yunan məsələləri üzrə stats-katib qraf Kapodistriya olmuşdu. Qorçakov onunla Müqəddəs İttifaqın Troppau, Laybax və Veronadakı konqreslərində eyni nümayəndə heyətinin tərkibində olmuşdur. Hamisi ilə münasibətləri yaxşı olsa da, Qərbi Avropa məsələləri ilə məşğul olan stats-katib Nesselrodla onun münasibətləri yaxşı deyildi. Nesselrod ona işdə maneçilik törədirdi. 1819-cu ilin sonunda Qorçakov kamer-yunker rütbəsini aldı və tezliklə çoxdan arzu etdiyi Londondakı rus səfirliyinə katib təyin olundu. XİN-də xidmətə başladiği ilk dövrlərdə Qorçakov diplomatik mədəniyyətin incəliklərini dərindən öyrəndi. Londona təyinat alandan sonra o tezliklə karyerası ilə məşğul olmağa başladı. 1820-ci ildə o səfirlikdə katib,1822-ci ildə 1 katib, 1824-cü ildə isə səfarət müşaviri olur. 1827-ci ilədək Londonda qalan Qorçakov xəstəlik səbəbi ilə oranı tərk edir. Onun vəzifəsi Londondakından nisbətən az prestijli olan Romada səfirlikdə 1 katib vəzifəsi ilə əvəz olunur. Burada onun yaxın münasibətlər qurduğu adamlar içərisində gələcək imperator Lui Napaleonun anası Jozefina Boqarnenin qızı Qortenziya da var idi. Qorçakov Balkanlardakı vəziyyətdə müdaxilə etmək üçün yunan dilini də öyrənirdi. Bir il sonra Qorçakov Berlinə göndərildi lakin tezliklə yenidən İtaliyaya qayıtdı.
Öz istefasına qədər Qorçakov Florensiya və Lukkada xidmət etmiş Toskanada səfir Venesiyada səfarət müşaviri vəzifəsində çalışmışdır. İstefaya isə o 1838-ci ildə stats-müşavir olarkən getmişdir. İstefa verdikdən sonra o Mariya Urusova ilə evləndi. Xanımının ailəsi sarayın varlı və hörmətli adamlarından idi. Lakin bu dövrdə Qorçakovun Nesselrodla münasibətləri yenə də əvvəlki kimi dostluqdan uzaq idi Qorçakov ümid edirdi ki, onun istefasını qəbul etməyəcəklər, lakin qəbul etdilər və bu diplomatiyanın mənəviyyatına ciddi təsir etdi. Vaxt keçdikcə paytaxt həyatı və saray əyləncələri işdən ayrılmağın acısını ört-basdır edə bilirdi. Qorçakov həmişə gözləyirdi ki, onu nə vaxtsa yenidən XİN-ə işə dəvət edəcəklər lakin bu təklif reallaşmadı. Kürəkəninin narahatlığını görən qraf Urusov onu yenidən vəzifəyə qaytarmaq üçün fəaliyyətə başladı. Bunun nəticəsində XİN-ə qayıdan Qorçakov 1841-ci ildə fövqaladə səfir və səlahiyyətli nazir kimi Vürtemberqə göndərildi. Almaniya məsələsi Rusiyanın Avropadakı siyasətinin mərkəzində dururdu. Alman dövlətlərinin daxili məsələləri Almaniyinın birləşdirlməsində rəhbər rolu əldə etmək uğrunda Avstriya-Prussiya mübarizəsi Petrburqda ciddi surətdə izlənilirdi. Qorçakovun məqsədi alman dövlətlərinin himayəçisi kimi Rusiyanın nüfuzunu artirmaq və imperiyanın sərhədlərində yeganə güclü dövlət olan Almaniyanın Rusiyaya qarşı təhlükəsizliyinə nail olmaq idi. Qorçakovun saraydakı Vürtemburq knyazları ilə əlaqələri ona kömək etdi ki, Alman İttifaqı dövlətlərinin idarəçiliyi barədə gizli plan haqqında Peterburqa unikal materiallar göndərsin.
Qorçakovun diplomatiyası yüksək qiymətləndirilirdi. Vürtemburq kralı onu Böyük Xristian ordeni ilə təltif edilmiş, imperator I Nikolay isə ona Müqəddəs Anna və Müqəddəs Vladimir ordenini təqdim etmişdi. 1850-ci ildə Qorçakov Alman İttifaqına fövqaladə səfir və səlahiyyətli nazir təyin olundu. 1853-cü ildə Qorçakov 15 il birlikdə xoşbəxt yaşadığı həyat yoldaşını itirdi. Birinci nikahından olan övladları və oğuııarının qayğısını o təkbaşına çəkməyə məcbur oldu. Lakin bu onun fəal diplomatik fəaliyyətini davam etdirməsinə mane olmadı. Xüsusilə, Krım müharibəsi kimi Rusiya üçün çətin olan bir dövrdə Qorçakov necə böyük diplomat olduğunu bir daha təsdiq etdi. 1854-cü ildə o Macarıstana səfir təyin olundu. İngiltərə və Fransa Türkiyə tərəfdən çıxış edirdi. Avstriya hələ də tərəddüd edirdi. Qorçakovun əsas məqsədi Rusiyaya qarşı müharibədə Avstriyanı Türkiyə ilə müttəfiqlikdən çəkindirmək idi. Məsələ olduqca çətin idi və Qorçakovu Macarıstana göndərərkən I Nikolay ona demişdi ki:"Mən sizə etibar edirəm, ancaq mən tamamilə ümidsizəm ki, sizin cəhdləriniz uğurla nəticələnəcək." Macarıstanda olarkən o şəxsən özü təhlükələr barədə imperatora xəbər verirdi. O dərhal Peterburqa xəbər verdi ki, Avstriya qoşunları Transilvaniyaya gətirilib, bu isə Dunay hövzəsində Rusiya üçün təhlükə demək idi. Həmçinin onlar Dunay knyazlıqları ərazisindən rus hərbi qüvvələrinin çıxarılmasını tələb edirdilər. Digər tərəfdən Avstriya hökuməti Rusiya və Prussiyanı müharibəyə sürükləyirdi. Lakin diplomatik aləmdə böyük nüfuza malik olan Qorçakov Avstriyanı Krım müharibəsinə girməkdən kənarlaşdırmağa nail oldu.
1856-cı ilin fevralında fəaliyyətə başlayan Paris Konqresində Rusiyanı diplomatlardan Orlov və Brunnov təmsil edirdilər. Sevastopolun qəhrəmanlıqla müdafiəsi, rus hərbi qüvvələrinin Karsdan geri çağırılması və Qorçakovun antirus koalisiyasını zəiflətmək üçün gördüyü işlər konqres üzvlərinin rus nümayəndə heyətinə rəğbət göstərməsində mühüm rol oynadı. Qorçakov Parisdə deyildi konqres işini bitirəndə o artıq Peteburqda idi. Onun Rusiyanın maraqlarını qorumaqda uğurlu siyasəti yeni imperator II Aleksandr tərəfindən yüksək qiymətləndirildi. Müharibənin uzadılması və qraf Nesselrodun diplomatik uğursuzluğu Aleksandrı məcbur etdi ki, Rusiyanın xarici siyasətində və daxili idarəçilik sistemində dəyişiklik etsin. Yeni XİN Qorçakov oldu İmperator ümid edirdi ki, Krım müharibəsində məğlubiyyətdən sonra ölkənin nüfuzunu o yenidən bərpa edəcək.21 avqust 1856-cı ildən etibarən Qorçakov yeni xarici siyasət xəttini imperatora təqdim etdi. Orada qeyd edilirdi ki, ölkədaxili işlərdə daha çox məşğul olacaq və yalnız Rysiyanın xeyrinə olan məsələlərdə imperiya sərhədləri xaricində fəakiyyət göstərəcək. Aktiv xarici siyasətdən imtina edilməsi müvəqqəti xarakter daşıyırdı. Qorçakov deyirdi ki:"Belə deyirlər ki, Rusiya qəzəblənib. Xeyr, Rusiya qəzəblənməyib sadəcə fikirlərini toplamağa çalışır."Bu onu göstərirdi ki, Rusiya Avropadakı işlərə müvəqqəti müdaxilə etmir, o gücünü yenidən toplayacaq və Rusiyanın maraqlarını Müqəddəs İttifaqın prinsiplərinə qurban verməyəcək.
Ona görə də Qorçakov yeni diplomatik yollar axtarırdı. Bu qərarı həyata keçirmək üçün Qorçakov real müttəfiq kimi Fransaya ümid edirdi. O hesab edirdi ki, III Napaleon üçün Şərq əhəmiyyətsiz bir yerdir, fransız imperatoru üçün Reynə qədər olan ərazilər daha mühüm əhəmiyyətə malikdir. 1857-ci ilin sentyabrında III Napaleonla razılıq əldə olundu ki, Rusiyanın xeyrinə onun Yaxın Şərq planının həyata keçirilməsi üçün Fransa Ruriyaya yardım edəcək. Fransa ilə əlaqənin müsbət nəticəsi olaraq Balkanlarda da əməkdaşlıq etmək olar. Çernoqoriyanın da yardımı ilə fəaliyyətə başlayan Rusiya və Fransa Dunay knyazlıqlarının birləşdirilməsi və onlara muxtariyyət verilməsi məsələsi barədə çıxışa başladılar. Qorçakov başa düşürdü ki, knyazlıqların birləşdirilməsi Türkiyəni zəiflədər və knyazlıqların ayrılmasını nəzərdə tutan Paris müqaviləsinə də zərbə endirər. Türkiyə gənc Ruminiya knyazlığına daxil olmağa hazırlaşarkən Qorçakov ona xəbərdarlıq etdi ki, bu əməliyyata başlamasın. Qorçakov Osmanlı imperyasının hakimiyyəti altında olan xristianların vəziyyətinin müzakirəsi üçün beynəlxalq konfrans çağırılması məsələsini qaldırdı. Rus nazirinin təklifinə rədd cavabı İngiltərədən gəldi və Fransa da bu məsələdə passivlik nümayiş etdirdi. Rusiya və Fransa arasında müttəfiqlik əlaqələrinin kəsilməsi 1861–1863-cü illər Polşa hadisəsinə gətirib çıxardı. Qorçakovun da qeyd etdiyi kimi Polşa məsələsi təkcə Rusiyanı maraqlandırmırdı, "bu bütün böyük dövlətlər üçün əngəl idi". 60-cı illərin əvvəllərində fransız imperatoru polşalıların Fransaya emiqrasiyası üçün fəal yardım göstərirdi. Onların qarşısında duran ən vacib məsələ Polşanın statusu məsələsi idi. Bu Aleksandrı çox narahat edirdi. 1863-cü il Polşa üsyanindan sonra Rusiya və Fransanın müttəfiqliyi sona çatdı.
Bu elə bir dövr idi ki, Qorçakov karyerasının ən yüksək zirvəsində idi. Nazir səlahiyyətlərini başa vuran Qorçakov 1862-ci ildə vitse-kansler oldu və Rusiyanın ali dövlət idarəçilik sisteminin tərkibinə daxil oldu. İndi o yenə də Rusiyanın xarici siyasət məsələlərində özünə müttəfiq axtarmağa girişdi. Belə bir müttəfiq Prussiya ola bilərdi. Almaniyanın "dəmir və qanla" birləşdirilməsini çoxdan arzu edən Bismark iki ölkə arasında əlaqələr yaratmaq üçün addımlar atmağa başladı. Rusiyanın köməyi onun üçün lazımlı idi.1863-cü ildə Peterburqda Rusiya və Prussiya arasında konvensiya imzalandı. Konvensiyaya əsasən, ölkədə asayiş və əmin-amanlıq bərpa edilirdi. Üsyan baş verdiyi təqdirdə rus və prussiya əsgərlərinə sərhəddi sərbəst keçməyə icazə verilirdi. Qorçakov və hərbi nazir Milyutin bu konvensiyaya mənfi reaksiya verdilər. Onlar bunu "lazımsız və təhlükəli" hesab etdilər və belə də oldu. Bu haqda bilən Fransa, İngiltərə və Avstriya ona etiraz etdilər və Polşada 1815-ci ildə Kostitusiyanın bərpasını tələb etdilər. Qorçakov bu ölkələrin hökumətlərinə başa saldı ki, bu inqilabla mübarizənin yeganə yoludur və digər tərəfdən də bilirdi ki, Polşa məsələsi Rusiyanın daxili işidir.
Polşada üsyan yatırıldı, ancaq Rusiya ilə Avstriya İngiltərə və Fransa arasındakı fikir ayrılığı Bismarkın Rusiyaya yaxınlaşmasına şərait yaratdı. Qorçakovun siysəti nəticəsində Rusiya Prussiyanın Danimarka (1864), Avstriya (1866) və Fransa (1870) müharibəsində neytrallığını qoruyub saxlaya bildi. Fransanın məğlub olması 1867-ci ildə kansler olan Qorçakova imkan verdi ki, Qara dənizdə neytrallıq haqqında Paris sülhünün II maddəsindən Rusiya imtina etsin və 1871-ci il London Konfransında bu dövlətin tanınmasına nail olsun. Qeyd etmək lazımdır ki, II maddənin ləğv edilməsi Qorçakovun ciddi səyi nəticəsində mümkün oldu. Rusiya bəyanatında göstərirdi ki, 1856-cı il Paris danışığı onu imzalayan dövlətlər tərəfindən ciddi şəkildə pozulmuşdur. Türkiyə, İngiltərə və Fransa Aralıq dənizinə hərbi eskadra çıxarmaqla Rusiyanı çətin vəziyyətdə qoymuşdur. Türkiyənin razılığı ilə hərbi dövrlərdə Qara dənizin sularının neytrallığının elan olunması Qaradəniz ətrafı əraziləri xarici basqınlara məruz qoyurdu. Ona görə də Rusiya öz təhlükəsizliyinə təhlükə törədən II maddəni qəbul edə bilməzdi. Digər maddələrin hamısı qəbul edilirdi. Qorçakov hər şeyi yaxşı hesaba almışdı. Çətin vəziyyətdə İngiltərə və Avstriya-Macarıstan yalnız şifahi etiraz edə bilərdilər. Fransanın başı xüsusi işlərə qarışmışdı. Rusiyanın bəyanatına ən çox acıqlana biləcək şəxs Bismark idi, lakin o da keçmişdəki razılaşmaya müvafiq olaraq onu dəstəkləməyə söz vermişdi. Rusiyaya gözlənilməz dəstək isə ABŞ-dən gəldi. Halbuki o bildirmişdi ki, heç vaxt Rusiyanın Qara dənizdə təşkilatçılığının tanımayacaq.
İndi Rusiya Qara dənizdə gəmilər saxlaya bilər və dənizsahili ərazilərdə hərbi dəniz bazaları yarada bilərdi. Paris sülhünün təhqiredici maddəsindən imtina Rusiya diplomatitasının böyük uğuru idi. Qorçakov gələcəkdə Türkiyə ilə müharibəyə hazırlaşmaq üçün 1873-cü ildə"üçlər ittifaqı"nın yaradılmasında həlledici rol oynadı. 1877–1878-ci illər rus-türk müharibəsi Balkan xalqlarının Türkiyə hakimiyyətindən azad olması adı altınada aparılırdı. Bu yolla Rusiya Balkanlara öz təsirini artırmağa çalışırdı. Müharibə dövründə Qorçakov Avropa dövlətlərinin bitərəfliyinə nail üçün ciddi səy göstərirdi. 1878-ci ildə Türkiyə ilə San-Stefanoda sülh müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən Rusiya 1856-cı il Paris sülhü zamanı itirdiyi Cənubi Bessarabiyanı qaytardı. Rus ordusunun Türkiyə ilə müharibədə qalib gəlməsi və Rusiya üçün mənfəətli olan müqavilə Berlin konqresində heçə endirildi. Konqresdə Rusiyanı Qorçakov təmsil edirdi. O sonradan II Alesksandra yazırdı:Berlin traktatı mənim karyeramin ən qara səhifəsidir. Konqresdə Qorçakov və Bismark arasında ziddiyyət yarandı. Berlin Konqresindən 3 il sonra da Qorçakov xarici işlər naziri oldu. Onun əsas məqsədi öz xeyrinə Avropada stabilliyi və qüvvələr nisbətini saxlamaqdan ibarət idi. 1880-ci ildə o müalicə olunmaq üçün xaricə getdi. 1882-ci ildə o xarici içlər naziri postundan istefa verdi, lakin kansler rütbəsini saxladı. 27 fevral 1883-cü ildə o Baden-Badendə vəfat etdi, Peterburqda dəfn olundu.
Mükafatları
redaktə1871-ci ilin martında o "parlaqlıq" titulu ilə mükafatlandırıldı, işıqlı knyaz adlanmağa başladı.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
- ↑ 1 2 3 4 Горчаков Александр Михайлович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.