Aleksandr Qlezer - Wikipedia
Aleksandr Qlezer (10 mart 1934, Bakı – 4 iyun 2016, Paris) — tanınmış yazıçı və kolleksiyaçı[1].
Aleksandr Qlezer | |
---|---|
Doğum tarixi | 10 mart 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyun 2016 (82 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı, jurnalist, naşir, kolleksiyaçı, publisist, redaktor |
Həyatı
redaktəAleksandr Qlezer 1934-cü ilin martında Bakıda anadan olmuşdur[1].
Uzun müddət Ufada yaşamışdır[1].
Moskva Neft İnstitutunun məzunudur[1].
1961-ci ildən ədəbiyyatla maraqlanmağa başlamış və gürcü şairlərinin 7 kitabını tərcümə etmişdir[1].
Müasir rəsm əsərləri ilə fəal şəkildə maraqlanmış və onları toplamaqla məşğul olmuşdur[1].
1970-ci illərdə SSRİ-dən deportasiya edilmişdir[1]. Sürgündən sonra şair Fransaya köçmüş və görkəmli kolleksiyasının yalnız bir hissəsini – 500 rəsmdən 80 ədədini oraya apara bilmişdir[1]. Sonradan o, ABŞ-nin Nyu-Cersi ştatına köçüb[1].
2016-cı il iyunun 3-dən 4-nə keçən gecə Fransanın paytaxtı Parisdə 82 yaşında vəfat etmişdir[1].