Aleksandr Myasnikov - Wikipedia
Aleksandr Fyodoroviç Myasnikov (əsl soyadı – Myasnikyan; təxəllüsü – Martuni; erm. Ալեքսանդր Ֆյոդորի Մյասնիկյան, rus. Алекса́ндр Фёдорович Мяснико́в; 28 yanvar (9 fevral) 1886[1], Naxçıvan-na-Donu, Rusiya imperiyası[1] – 22 mart 1925[1], Tiflis[1]) — erməni mənşəli sovet dövlət və partiya xadimi, ədib.
Aleksandr Myasnikov | |
---|---|
erm. Ալեքսանդր Ֆյոդորի Մյասնիկյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 yanvar (9 fevral) 1886[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 mart 1925[1] (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | aviasiya qəzası[d][1] |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi, hərbi qulluqçu, ədəbiyyat tənqidçisi |
Dini | ateizm |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktəAleksandr Fyodoroviç Myasnikov 9 fevral 1886-cı ildə Rusiya imperiyasının Naxçıvan-na-Donu şəhərində anadan olmuşdur. O, 1906-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Myasnikov 1906–1909-cu illərdə Bakıda və 1912–1914-cü illərdə Moskvada inqilabi iş aparmış, 1914-cü ildə, Birinci Dünya müharibəsi zamanı orduya səfərbərliyə alınmışdır. O, 22 mart 1925-ci ildə Tiflis şəhəri yaxınlıqlarında təyyarə qəzasnda həlak olmuşdur.[2]
Siyasi fəaliyyəti
redaktəMyasnikov 1917-ci il fevral inqilabından sonra Qərb cəbhəsi cəbhə komitəsinin, Minsk şəhəri partiya komitəsinin üzvü olmuşdur. O, RSDF(b)P Şimal-qərb ilayəti Komitəsinin sədri, Qərb vilayəti HİK-nin üzvü olmuşdur. Myasnikov 1917-ci ilin yazından Qərb, 1918-ci ilin yayından Volqaboyu cəbhəsinin komandanı, 1919-cu ilin əvvəlində Belorusiya SSR MİK sədri, Belorusiya K(b)P Mərkəzi bürosunun sədri, 1920-ci ilin yayında Qərb cəbhəsi siyasi idarəsinin rəisi, 1921-ci ildə Ermənistan SSR XKS sədri və xalq hərbi işlər komissarı, 1922-ci ildən Zaqafqaziya SFSR İttifaq Sovetinin sədri, sonra RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin birinci katibi, eyni zamanda SSRİ HİŞ-in üzvü olmuşdur. Myasnikov SSRİ MİK Rəyasət Heyətinin üvü idi. RK(b)P-nin XII–XIII qurultaylarında MK üzvlüyünə namizəd seçilmişdir. O, Marksizm-leninizm nəzəriyyəsi, inqilabi hərəkat tarixi və erməni ədəbiyyatına dair əsərləri var.[2]
İrsi
redaktəErmənistanda Myasnikovun təxəllüsü olan "Martuni" adını daşıyan bir şəhər mövcuddur.[3][4] Sovet hakimiyyəti dövründə Azərbaycanın Xocavənd şəhərinə "Martuni" adı verilmişdir.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Հայկական սովետական հանրագիտարան (erm.). Երևան: 1981. C. 7. S. 646–647.
- ↑ 1 2 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 15.
- ↑ Мартуни // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 379.
- ↑ Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
- ↑ Saparov, Arsen. "Contested spaces: the use of place-names and symbolic landscape in the politics of identity and legitimacy in Azerbaijan". Central Asian Survey. 36 (4). 1 sentyabr 2017: 534–554. doi:10.1080/02634937.2017.1350139.[ölü keçid]
Əlavə ədəbiyyat
redaktə- Салин Л. Жизнь, отданная народу / В кн.: Солдаты партии. — М., 1971.
- Мнацаканян А. Н. Беззаветное служение народу. — Ер., 1976.
- Шатирян М. А. Генерал, рожденный революцией: Повесть об Александре Мясникове (Мясникяне). — М.: Политиздат, 1977. — (Пламенные революционеры). — 430 с., ил.
- Залесский С. Пример революционной доблести (К 80-летию со дня рождения А. Ф. Мясникова). // Военно-исторический журнал. — 1966. — № 1. — С. 123—126.
Xarici keçidlər
redaktə- Мясников Александр Фёдорович в Справочнике по истории Компартии и Советского Союза 1898—1991.
- Мясников Александр Федорович на сайте Хронос.