Aleksandr Deyneka - Wikipedia
Aleksandr Aleksandroviç Deyneka (20.5.1899, Kursk – 12.6.1969, Moskva) — rus rəssamı, qrafik, heykəltaraş. SSRİ xalq rəssamı (1963), SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947; 1962–66-cı illərdə vitse-prezident).[2]
Aleksandr Deyneka | |
---|---|
rus. Александр Александрович Дейнека | |
Doğum adı | Aleksandr Aleksandroviç Deyneka |
Doğum tarixi | |
Doğum yeri | Kursk, Rusiya imperiyası |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri | |
Milliyyəti | Rus |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | rəssam, plakatçı rəssam[d], pedaqoq, universitet müəllimi[d], heykəltaraş, illüstrasiyaçı[d], fotoqraf, qrafika ustası[d], müəllim |
Təhsili | Vxutemas |
Janr | Rəsm |
Stil | Sosializm realizmi |
Tanınmış işləri | Rəssam, qrafik, heykəltaraş |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLenin mükafatı laureatı (1964). Sosialist əməyi qəhrəmanı (1969) kimi mükafatları vardır. Xarkov rəssamlıq məktəbində təhsil almış (1915–17), Moskvada Ali Bədii-Texniki Emalatxanalarda(1920–25) V.A. Favorskinin tələbəsi olmuşdur. 1920-ci illərdə jurnal qrafikası (“Projektor” və s. jurnallar üçün), kitab illüstrasiyası (İ.A. Krılovun təmsillərinə,1922; A. Barbüsün “Od içində” kitabına,1927 və 1935), plakat, dəzgah qrafikası (“Sevastopol” seriyası, akvarel, quaş, 1932–1934, Dövlət Tretyakov Qalereyası və Dövlət Rus Muzeyi) sahəsində fəal işləmişdir.[2]
Yaradıcılığı
redaktəDeyneka boyakarlıq əsərlərində erkən qrafik rəsmlərinin stilistika və tematikasını saxlamışdır. Onun rəsm və pannoları dövrün əlamətləri və ruhunu (kollektivləşdirmə, sənayeləşdirmə, hərbi tematika, ateist pafosu, yeni məişət), konstruktivizm və “yeni əşyaviliyə” yaxın üslubda əks etdirir (“Yeni sexlərin tikintisində”, 1926, Dövlət Tretyakov Qalereyası; “Toxucu qadınlar”, 1927, Dövlət Rus Muzeyi; “Petroqradın müdafiəsi”, 1928, RF Silahlı Qüvvələri Mərkəzi Muzeyi, Moskva). Deyneka aviasiya (“Havada”, 1932, Şəkil qalereyası, Kursk; “Gələcək təyyarəçilər”, 1938, Dövlət Tretyakov Qalereyası) və idman (“Top oyunu”, 1932; “Futbolçu”, 1934, hər ikisi Dövlət Tretyakov Qalereyasında) mövzusuna da böyük diqqət yetirmişdir.
Deynekanın 1930-cu illərdə yaratdığı məişət əsərləri, natürmort, portret və peyzajlarında lirizm nəzərə çarpır (“Ana”, 1932, Dövlət Tretyakov Qalereyası; “Qız kitab ilə”, 1934, Dövlət Rus Muzeyi). 1934–35 illərdə Fransa, İtaliya, ABŞ-da olmuş və səyahət təəssüratları əsasında bir sıra qrafik və boyakarlıqəsərləri yaratmışdır. “Sevastopolun müdafiəsi” (1942, Dövlət Rus Muzeyi) batal tablosu, “Moskva ətrafı. 1941-ci ilin noyabrı” (1941, Dövlət Tretyakov Qalereyası), “Yandırılmış kənd” (1942, Dövlət Rus Muzeyi) dramatik peyzajları, “Müharibə yolları” (1942, Dövlət Rus Muzeyi) və “Hərbi Moskva” (1946, Dövlət Tretyakov Qalereyası) qrafik seriyaları Böyük Vətən müharibəsinə həsr olunmuşdur Monumental dekorativ boyakarlığın görkəmli nümayəndəsi olan Deyneka ümumdünya sərgilərində sovet pavilyonları üçün panno işləmişdir (Paris, 1937, böyük qızıl medal; Brüssel, 1958, qızıl medal).
Moskva metropoliteninin “Mayakovski” (1938–39) stansiyasının plafonları, Novokuznetskaya (1943) stansiyalarının mozaikaları, Qurultaylar sarayının foyesindəki friz (1960–61) Deynekanın monumental dekorativ əsərlərindəndir. Deyneka, həmçinin teatr rəssamı (“Hamam”, V.V. Mayakovski, V.E. Meyerxold adlı teatrda, 1930, Moskva) və heykəltaraş (1939-cu ildən, tunc və ağacdan idman mövzusunda kompozisiya) kimi də işləmişdir. Deynekanın yaradıcılığı sovet incəsənətində sərt üslubun formalaşmasına böyük təsir göstərmişdir. Moskvada Poliqrafiya (1928–34), Rəssamlıq (1934–46 və 1957–63; 1940-cı ildən professor), Tətbiqi və Dekorativ-Tətbiqi. İncəsənət (1945–52, 1945–48-ci illərdə direktor) və Memarlıq institutlarında (1953–57) dərs demişdir. Deynekanın “Gənclik” (1961–62) əsəri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.[2]
Mükafatları
redaktəİstinadlar
redaktə- ↑ Rusca Vikipediya (rus.). 2001.
- ↑ 1 2 3 Deyneka// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 514-515.