Aleksandr Beqlov - Wikipedia
Aleksandr_Beqlov - Haqqında Məlumat
Aleksandr Beqlov (19 may 1956, Bakı) — rus dövlət xadimi, 3 oktyabr 2018-ci ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edir[1]. Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri və Rusiya prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsidir. Vahid Rusiya partiyasının üzvüdür.
Aleksandr Beqlov | |
---|---|
rus. Александр Беглов | |
Doğum tarixi | |
Doğum yeri | Bakı Azərbaycan |
Vətəndaşlığı | Rusiya |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Elmi dərəcələri | |
Partiyası | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və təhsili
redaktəAleksandr Dmitriyeviç Beqlov 19 may 1956-cı ildə Bakıda anadan olub. 1976–1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1983-cü ildə Leninqrad Mühəndis-İnşaat İnstitutunu (hazırkı Sankt-Peterburq Dövlət Memarlıq-İnşaat Universiteti), 2003-cü ildə Şimal-Qərb Dövlət Xidməti Akademiyasını (hazırkı Şimali-Qərb İdarəçilik İnstitutu) bitirib.
Fəaliyyəti
redaktə- 1979–1991-ci illərdə Leninqrad şəhərinin tikinti təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.
- 1991–1997-ci illərdə "Melazel" alman-rus birgə müəssisəsinin baş mühəndisi olub.
- 1997–1999-cu illərdə Sankt-Peterburq Dövlət Arxitektur-İnşaat Universitetində baş elmi işçi, doktorant olub.
- 1999–2002-ci illərdə Sankt-Peterburqun Kurort inzibati rayonunun başçısı işləyib.
- 2002–2003-cü illərdə Sankt-Peterburqun vitse-qubernatoru, 2003–2004-cü illərdə Rusiya Prezidentinin Şimali-Qərb federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin I müavini, 2004–2008-ci illərdə Rusiya Prezidentinin köməkçisi, 2008–2012-ci illərdə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini, 2012–2017-ci illərdə Rusiya Prezidentinin Mərkəz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi olub[2].
- 25 dekabr 2017-ci ildə Rusiya Prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsi təyin edilib. A. Beqlov 26 iyun 2018-ci ildə yenidən bu vəzifəyə təsdiq edilib[3].
- 3 oktyabr 2018-ci ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edir[1].
Mükafatları
redaktə- 15 mart 2004-cü ildə Rusiyanın Federasiyasının əməkdar mühəndisi adını alıb[4].
- 19 may 2006-cı ildə IV dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni və Rusiya Federasiyasının Fəxri Fərmanı ilə təltif olunub[4][5].
- 1 iyul 2010-cu ildə Sestroretsk şəhərinin fəxri sakini adını alıb[6].
- 2011-ci ildə I dərəcəli "Müqəddəs Mömin Moskva knyazı Daniil" ordeni ilə təltif edilib[7].
- 2012-ci ildə III dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni ilə təltif olunub[8].
- 2013 və 2014-cü illərdə "Müqəddəs Sergiy Radonejski" ordeni ilə təltif edilib[9][10].
İstinadlar
redaktə- ↑ 1 2 "Встреча с Георгием Полтавченко и Александром Бегловым". Президент России (rus). 2018-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-03.
- ↑ Указ Президента России от 23 мая 2012 года № 704 "О полномочном представителе Президента Российской Федерации в Центральном федеральном округе" Arxiv surəti 7 yanvar 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-01-07 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.
- ↑ 1 2 Указ Президента Российской Федерации от 15 марта 2004 года № 360 "О награждении государственными наградами Российской Федерации"
- ↑ Указ Президента Российской Федерации от 19 мая 2006 года № 511 "О награждении орденом "За заслуги перед Отечеством" IV степени Беглова А. Д."
- ↑ Решение Муниципального совета города Сестрорецка от 01 июля 2010 года № 65 "О присвоении звания "Почётный житель города Сестрорецка" в 2010 году" Arxiv surəti 10 mart 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-03-10 at the Wayback Machine
- ↑ "В неделю 6-ю по Пасхе, о слепом, Святейший Патриарх Кирилл возглавил служение Божественной литургии в воссозданном храме Санкт-Петербургской духовной академии". 2019-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.
- ↑ "Раздаст по заслугам". 2014-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.
- ↑ "Предстоятели Иерусалимской и Русской Православных Церквей совершили освящение Никольского Морского собора в Кронштадте". 2019-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.
- ↑ "Святейший Патриарх Кирилл вручил церковные награды участникам торжеств в честь 700-летия преподобного Сергия Радонежского". 2014-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.