Aldanmis Ulduzlar Opera - Wikipedia
Aldanmış ulduzlar - bəstəkar Məmməd Quliyevin görkəmli dramaturq Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı opera. Libretto - Vidadi Paşayev.
Aldanmış ulduzlar | |
---|---|
Bəstəkar | |
Dili | Azərbaycan dili |
Yaradılma tarixi | 1976 |
İlk səhnələşdirmə | 19 noyabr 1977 |
Tarixçə
redaktəAldanmış ulduzlar - Proloq, epiloq və dörd məclisdən ibarət opera.
Bəstəkar Məmməd Quliyev, Libretto - Vidadi Paşayev, Quruluşçu rejissor - Əflatun Nemətzadə, Musiqi rəhbər və Dirijor - Rauf Abdullayev, Quruluşçu rəssam - Ə. Almaszadə, Xormeysterlər - N. Məlikov, G. Koryakin, Baletmeysterlər - R. Axundova, M. Məmmədov.
Əsər ilk dəfə 1977-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
Məzmun
redaktəM. F. Axundovun povestinin əsas – xalq və hökmdarlar problemini bəstəkar özündə dram teatrı, balet və pantomima cizqilərini birləşdirən sintetik opera formasında canlandırır. Əsərin janr diapozonunu genişləndirməyə çalışmaqla, müəlliflər operada qədim milli teatr formalarının, bayramlarda meydanlarda göstərilən “Qaravəlli” tamaşaları ənənələrini canlandırmağa cəhd göstərirlər. Bu “teatrda teatr” forması xalq komik nağıllarının, oxşamalarının və teatr tamaşalarının ən müxtəlif personajlarını operaya daxil etməyə imkan verir. Məsələn, bir – birini tamamlayan Keçəl və Kosa belələrindəndir.
Qəhrəmanlar və ifaçilar
redaktə- Kosa - Ə. Haqverdiyev
- Keçəl - K. Hüseynov
- Axund - B. Mirzəyev, (C. Əkbərov)
- Səlma - X. Qasımova
- Yusif Sərrac - A. Məlikov
- Şah - F. Mehdiyev
- Cəmaləddin (münaccim) - A. Kərimov
- Başbilən (vəzir) - Q. Əliyev
- Bəhbəhani (saray şairi) - İ. Ələkbərov
- Yumruqoğlu (sərkərdə) - Ş. Quliyev
- Fiqaro (əcnəbi elçi) - K. Məmmədov
- II Elçi - İ. Məmmədov
- III Elçi - V. Tahirov
- Cəllad, hərəmlər, rəqqasələr, saray əhli, keşikçilər, xalq nümayəndələri
Ədəbiyyat
redaktə- Ю. ГАБАЙ. "ОБМАНУТЫЕ ЗВЕЗДЫ", Москва, Советская музыка, 1978, № 8, с. 55-58.
- Zümrüd Dadaşzadə, Musiqinin sadiq cəngavəri, Qobustan. - 2011. - № 2. - S. 11-16 http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2183[ölü keçid]
- K. Xankişiyeva - Məmməd Quliyevin simfonik yaradıcılığında ənənə və müasirliyə dair[ölü keçid]
- КАТАЛОГ СОВЕТСКИХ ПЛАСТИНОК / М. КУЛИЕВ (1936): «Обманутые звезды», Фрагменты оперы (на азербайджанском яз.) , С10—12281-2. 1979. http://records.su/album/18892
- Мамед Мехти оглы Кулиев. ОБМАНУТЫЕ ЗВЕЗДЫ. Опера в двух действиях, четырех картинах с прологом и эпилогом. Советские Оперы, Москва, Советский Композитор, 1982, с. 409-411.