Alberto Korda - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Alberto Díaz Gutiérrez və ya daha çox tanınan adı ilə Alberto Korda (d. 14 sentyabr 1928, Havana — ö. 25 may 2001, Paris) — kubalı fotoqraf. 1960-cı ildə çəkdiyi Guerrillero Heroico (Qəhrəman partizan) fotosu ilə məşhurdur.
Alberto Korda | |
---|---|
fr. Alberto Korda | |
| |
Doğum tarixi | |
Doğum yeri | Havana, Kuba |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vətəndaşlığı | |
Tanınmış işləri | Guerrillero Heroico |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKorda adı ilə tanınan Alberto Dias Qutierres 14 sentyabr 1928-ci ildə Kubanın paytaxtı Havana şəhərində anadan olmuşdur. Fotoqrafiyaya atasından götürdüyü Kodak 35mm fotoaparatı ilə öz sevgilisinin şəkillərini çəkməklə başlamışdır. Fotoqrafiyaya başlama səbəbinin "qız tutmaq" olduğunu açıqlayan Korda ilk evliliyini kubalı model Natalia Menendez ilə etdi. Korda dəmiryolu işçisinin ailəsində doğulmuşdu və fotoqraf olmazdan əvvəl bir neçə işdə çalışmışdır. O, öz karyerasına ziyafət məclislərində və toylarda şəkil çəkməklə başlamışdır. Yeni başlayan Kordanın fotoları çox keyfiyyətsiz idi; bir neçə aydan sonra şəkillər tutqunlaşır və saralırdı. Öz studiosunu açdıqdan sonra əvvəlki səhvlərindən nəticə çıxarır və daha düzgün kimyəvi maddələrdən istifadə etməklə fotoların saralmasını dayandırır. 1953-cü ildə Korda digər kubalı fotoqraf Luis Piers ilə birlikdə ilk foto-studiosunu açır. Bununla da, Korda və Peirs dəbdən reklama qədər müxtəlif növ şəkillər çəkməklə məşğul oldular.
1968–1978-ci il aralığında sualtı fotoqrafiyası ilə məşğul olmuşdur.
Korda 2001-ci ildə Parisdə öz sərgisinə hazırlaşarkən ürək infarktından dünyasını dəyişir.
Kuba inqilabı dövründə
redaktəAlberto Korda Fidel Kastronun şəxsi fotoqrafı işləməyə başlayır. Belə ki, o, Fidel Kastronun qatıldığı tədbirlərdə fotolar çəkir. Kuba inqilabı isə onun karyerasında əsl dönüş nöqtəsi oldu. İnqilabçıların qələbəsi onun planlarını tamamilə dəyişdi. 1959-cu ildə yeni yaradılmış bir qəzet fotoqraflar üçün geniş imkanlar yaradır ki, onlar öz fotolarını həmin qəzetdə yayımlasınlar. Korda həmin -qəzetdə çalışmağa başlayır. Korda deyir: "30 yaşlarımda mənasız keçən həyatımı tamamilə dəyişən qeyri-adi bir hadisə baş verdi: Kuba inqilabı". O əsasən inqilabın liderlərinin fotolarını çəkməyə başlayır. Bir inqilab fotoqrafı kimi Korda həmişə öz iş tempində işləyirdi. Mətbuat və digər yerlərdən sıxıntıya məruz qalmayıb. Kastronun getdiyi hər yerdə onu izləyirdi. Kordanın məşhur fotolarından biri Kastronun 1959-cu ilin aprelində Linkoln Memorialına səfər etdiyi zaman çəkilib. Kastronun səyahətləri Kordanı da bütün Kuba, xarici ölkələr və Sovetlər Birliyinə də aparırdı. Korda 1963-cü ildə Fidel Kastro və Nikita Xruşşovun söhbət edərkən fotolarını çəkmişdi.
Kubanın məşhur Revolución qəzətində işləyərkən onu dünyaca məşhur edən fotosunu çəkdi. Bu foto daha sonra özündən icazə almadan dəfələrlə yayımlandı, amma 2000-ci ildə spirtli içki şirkəti Smirnoffu məhkəməyə vermişdi. Fotodan istifadə ilə bağlı fotoqrafın özü belə demişdir: "Çe Qevaranın uğrunda öldüyü idealları dəstəkləyən biri kimi bu fotonun onun xatirəsini yaşatmağa və dünyadakı sosial ədaləti təmin etməyə çalışanların istifadə etməsinə qarşı çıxmıram, amma alkoqol kimi ticari şeyləri reklam etmək üçün Çenin şöhrətindən istifadə etməyə çalışanların qarşısındayam". Korda məhkəmədən aldığı 50.000 dollar təzminatı Kuba Səhiyyə Sisteminə bağışladı və "Əgər Çe yaşasaydı, o da belə edərdi" dedi.
İnqilabdan sonra Korda 10 il Fidel Kastronun şəxsi fotoqrafı oldu. Bu müddət ərzində o, həmçinin nümayişləri, şəkər qamışı yığımını və fabrik mənzərələrini çəkdi. Başqa az tanınan Kastro fotolarına Kastronun Nyu-York zoo-parkında pələngin gözünə diqqətlə baxarkən, Çe Qevara ilə qolf oynayarkən və balıq tutarkən, Rusiyada xizək sürərkən və ov edərkən, eləcə də Ernest Heminqueylə birlikdə çəkdiyi fotolar daxildir.