Albaniya Kommunist Partiyasi - Wikipedia
Albaniya Əmək Partiyası[2] (AƏP; alb. Partia e Punës e Shqipërisë, PPSh), həmçinin Albaniya Kommunist Partiyası[3] (AKP; alb. Partia Komuniste e Shqipërisë, PKSh) — Albaniyanın kommunist dövründə (1945–1991) hakim və yeganə qanuni partiyası. 8 noyabr 1941-ci ildə təsis edilmişdir. Partiya 13 iyun 1991-ci ildə ləğv edilmiş və onun yerinə Albaniya Sosialist Partiyası yaradılmışdır. Mövcud olduğu müddətdə partiyada onun birinci katibi, həm də Albaniyanın faktiki lideri olan Ənvər Xoca dominantlıq etmişdir.[4]
Sədri |
|
---|---|
Quruluş tarixi | 8 noyabr 1941 |
Dağılma tarixi | 13 iyun 1991[1] |
Baş qərargah | Tirana |
İdeologiya | |
İdeoloji spektr | İfrat solçuluq |
Gənclər təşkilatı | Albaniya Əməkçi Gənclər İttifaqı |
Üzv sayı | 147,000 (1986) |
Mətbuat orqanı | Zeri i popullit |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAlbaniya Əmək Partiyası 8 noyabr 1941-ci ildə Tirana şəhərində, İtaliya işğalı şəraitində yaradılmışdır. AƏP alban xalqının faşist işğalçılarına qarşı mübarizəsinə, ölkədə kommunist rejiminin yaradılmasına başçılıq etmişdir. Albaniya azad edildikdən sonra hakim partiyaya çevrilmişdir. AƏP bu zaman Albaniyada əsaslı ictimai-iqtisadi islahatlar keçirmək üçün zəhmətkeş kütlələri səfərbərliyə almış, sosializm quruculuğunu elan etmişdir. AƏP-nin 1948-ci ildə keçirilən 1-ci qurultayında partiyanın Nizamnaməsi təsdiq olunmuş və Albaniya Kommunist Partiyasının adını dəyişdirərək Albaniya Əmək Partiyası adlandırmaq qərara alınmışdır. AƏP nümayəndə heyəti kommunist və fəhlə partiyaları nümayəndələrinin 1957-ci və 1960-cı illər Moskva müşavirələrində iştirak etmiş, müşavirələrin sənədlərini imzalamışdır.[5] Buna baxmayaraq, 1960-cı ildən sonra AƏP-nin rəhbərliyi SSRİ ilə yaxınlıqdan imtina etmişdir və Çinə yaxınlaşmaq qərarı almışdır.[6][7]
Strukturu
redaktəAlbaniya Əmək Partiyasının ali orqanı qurultay olmuşdur. Qurultay Mərkəzi Komitəni, Mərkəzi Nəzarət və Tədtiş komissiyalarını, Mərkəzi Komitə isə Siyasi Büronu seçirdi. AƏP-nin birinci katibi partiyanın mövcud olduğu illərində əksəriyyətində Ənvər Xoca olmuşdur.[5]
Üzvlük və mətbuat
redaktəAlbaniya Əmək Partiyasının 1975-ci ildə təqribən 100 mindən çox üzv və üzvlüyə namizədi vardı. Partiyanın mətbuat orqanları "Zeri i popullit" qəzeti və "Ruqa e partis" nəzəri jurnalı olmuşdur.
İstinadlar
redaktə- ↑ Elsie, Robert. Historical Dictionary of Albania. Scarecrow Press. 2010. 422.
- ↑ Албанија. Сијаси партијалар, һәмкарлар иттифаглары вә диҝәр иҹтимаи тәшкилатлар. Албанија Әмәк Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 218.
- ↑ Албанија Коммунист Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 220.
- ↑ Dervishi, Kastriot. Kryeministrat dhe ministrat e shtetit shqiptar në 100 vjet. Tiranë: Shtëpia Botuese "55". 2012. 272. ISBN 9994356224. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.
- ↑ 1 2 Албанија Әмәк Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 220.
- ↑ Hoxha, Enver. Halliday, J. (redaktor). The Artful Albanian: The Memoirs of Enver Hoxha. London: Chatto & Windus Ltd. 1986. ISBN 9780701129705.
- ↑ Buda, Aleks. Fjalori Enciklopedik Shqiptar. Tiranë: Akademia e Shkencave e RPSSH. 1985. 1245.
Əlavə ədəbiyyat
redaktə- Krasniqi, Afrim. Partitë politike në Shqipëri: 1920-2006: Historia dhe tiparet e partive, të parlamenteve dhe të zhvillimeve politike (alban). Tiranë: Eurorilindja. 2006. ISBN 99943-861-1-5.