Alagoz Irevan Quberniyasi - Wikipedia
Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.
kənd | |
Alagöz | |
---|---|
0° şm. e. 0° ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Tarixi
redaktəRayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ qolu olan Yoğun su çayının sahilində yerləşir. Kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Ələyəz, Qafqazın 5 verstlik xəritəsində Alagöz, «Сборник сведений о Кавказе» toplusunda Alagöz və Alayaz formasında qeyd edilmişdir. Erməni mənbələrində Alayaz , Alagəz, Alagöz kimi qeyd edilir.
Araşdırmalara görə, kəndin ilkin və əsl adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr mövcuddur.
Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir.
Əhalisi
redaktəKənddə 1831-ci illərdə 32 nəfər, 1873 - cü ildə 223 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 412 nəfər, 1904 - cü ildə 524 nəfər, 1914 - cü ildə 576 nəfər, 1916-cı ildə 322 nəfər, 1919 - cu ildə 97 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri doğma evlərinə dönmüşdür.
Burada 1922-ci ildə 180 nəfər azərbaycanlı, 91 erməni, 1926-cı ildə 267 nəfər, 1931-ci ildə 353 nəfər, 1959-cu ildə 499, 1970-ci ildə 884 nəfər, 1979 - cu ildə 963 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.